Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Sərdar Həsənov Avropa çempionatına aparılmadı

Sayta qoyulub: 10:33 05.04.2012 (538 dəfə oxunub)

Türkiyənin paytaxtı Antalyada keçiriləcək ağırlıqqaldırma üzrə Avropa çempionatına yollanacaq Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Millimizin liderlərindən hesab olunan Sərdar Həsənov (69 kq) son anda heyətdən çıxarılıb. 

Nəticədə yarışda komandamız 4 kişi və 4 qadın idmançı ilə təmsil olunacaq. Onlara qitənin ən möhtəşəm yarışında məşqçilər Nizami Paşayev, Zlatan Vasilyev və Maxsum Xasanov rəhbərlik edəcəklər.

Xatırladaq ki, Avropa çempionatı kişilərlə müqayisədə qadın atletlər üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, yarış onlar üçün London-2012-yə lisenziya xarakteri daşıyır. Qitə birinciliyində uğurla çıxış edəcəkləri halda, Azərbaycan qadın atletlərinin bir Olimpiya lisenziyası qazanmaq imkanı olacaq.

Qadınların yarışında körpücük üzərinə Silviya Angelova (48 kq), Boyanka Kostova (58 kq), Alyona Kiriyenko (69 kq) və Yuliya Dovqal (+75) çıxacaqlar. Kişi idmançıların yarışında isə Valentin Xristov (56 kq), Əfqan Bayramov (69 kq), Namiq Cəlilov (85 kq) və İntiqam Zairov (94 kq) qüvvələrini sınayacaqlar.
Avropa çempionatında Azərbaycanı hakim kimi Vahid Nəzərov təmsil edəcək.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ

    istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
    Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
    Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
    cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat