Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Kirsan İlümjinov:"Yadplanetlilərlə söhbət etdiyimi eşidəndə, hamı məni lağa qoyurdu "

Sayta qoyulub: 13:01 05.04.2012 (876 dəfə oxunub)

 

Kirsan İlümjinov:"Yadplanetlilərlə söhbət etdiyimi eşidəndə, hamı məni lağa qoyurdu "

Kirsan İlümjinovun Rusiyanın Sport-express qəzetinə müsahibəsi


Bu gün FİDE-nin prezidentinin 50 yaşı tamam olur.İlümjinovla müsahibəyə yollanmazdan əvvəl mən onunla 18 il bundan əvvəlki ilk görüşümüzü xatırladım.Həmin vaxt o  Kalmıkiyanın prezidenti idi.Biz onunla atasının bağında söhbət etdik.Yadımdadı , o , qəflətən,- nəyə görə FİDE-nin   prezidenti Rusiyadan olmamalıdır,axı SSRİ şahmat üçün çox işlər görüb - söylədi.

Nə fikirləşə bilərdim? "Rusiyadan ora prezident seçməzlər",-- cavab verdim.
İlümjinov: "İstəyirəm Elistada dünya şahmat olimpiadası keçirəm"
Mən inanmadan "Kalmık xəyalpərəstinə" baxdım.Oturduğumuz bağ yaxşı idi.Lakin, hasardan o yana  tozlu,darıxdırıcı,əyalət şəhərciyi idi.Burda da heç olimpiada olar?!

Ancaq tezliklə İlümjinov nəyi xəyal edirdisə, hamısı həyata keçdi.Bir il sonra o FİDE-nin prezidenti seçildi.

3 ildən sonra çöllükdə "City-chess" tikildi və ХХХIII dünya şahmat olimpiadası keçirildi.

6 il sonra isə Elistada şahmat dünyasını birləşdirən matç baş tutdu.

BABA VANQA

- Kirsan Nikolaeviç, belə çıxır ki,1994-cü ildə siz hər şeyi görürdüz.Bəlkə sizin nəsildə sehrbaz və ya şaman olub?!

- Sehrbaz və şaman olmayıb,-İlümjinov gülümsədi.--Lakin uşaqlıqdan ətrafımda mistik hadisələr olub.Məsələn , mən uğur  gətirirdim.Qohumlarım və ya tanışlarım harasa yollandıqda mənim xeyir-duamı istəyirdilər.Əmim qızı imtahana gedir və 
soruşur: "Kirsan! Hansı bileti çəkəcəyəm?" Cavab verirəm:"14-cünü".O da imtahanda həmin bileti çəkir.Mən  noxudla,kartla, əllə fala baxırdım.Baş ağrısını götürə bilirdim.1988-ci ildə mən ittifaqın ilk ekstrasens,falçı və sehrbazlarının 
 qurultayında iştirak etdim.Bu Tacikistanda, Pamirdə təşkil edilmişdi.Orada bir ağsaqqal mənə diqqətlə baxaraq  dedi:"Sənə adamları müalicə etmək olmaz.Sən kütləyə rəhbərlik etməlisən..."Özünüz də başa düşürsüz ki, 19 yaşlı  tələbə üçün bu sözləri eşitmək nə deməkdir.Mən ağsaqqalın sözünə qulaq asdım.

- Baba Vanqanı tez-tez xatırlayırsız?

- Hər gün! - cavab verərək , məni o biri otağa apardı.Otaqda məşhur Bolqarıstanlı falçının böyük portreti  asılmışdı.Vanqanın hədiyyə etdiyi gümüş bardaqdan su tökərək mənə uzatdı.- İçin - o dedi. - o dəqiqə yaxşı bir qəhvənin təsiri kimi təsiri olacaq.Mən həqiqətən də əlavə güc aldığımı hiss etdim.

-  Vanqanın sizi necə "iki stulda oturmusuz kimi" gördüyünü çox hekayə etmisiz.Daha dəqiqi o sizin Kalmıkiya və FİDE prezidenti olacağınızı əvvəlcədən demişdi.Bunlardan əlavə Vanqanın sizə heyrətamiz şəkildə təsir edən hansısa 
uzaqgörənliyi olub?

- Bir tarixçəni sizə danışım.Dostlarım məndən tez-tez onları Vanqanın yanına aparmalarını xahiş edirdilər.Bir dəfə mən  onlardan birini , biznesmeni, Vanqa ilə görüşdürdüm.Vidalaşdıqda Vanqa dostuma dedi:"Sənin yanına kiçik bir qız 
gələcək.Onu qovma.O sənin qızındır " Dostum çox təəccübləndi.Onun artıq böyük uşaqları var idi.Kiçik qız haqqında isə  ümumiyyətlə məlumatı yox idi.Bu hadisə 1995-ci ildə olmuşdu.Bir il sonra Vanqa vəfat etdi.5 il keçdikdən sonra isə dostumun yanına , nə vaxtsa əlaqəsi olduğu bir xanım gəlir.O yanında bir qız uşağını da gətirmişdi.Qızın gözlərində xəstəlik var idi və o kömək etməyi xahiş 
edirdi.Dostum həmin an Vanqanın sözlərini yada salır, qıza DNT analizi elətdirir və qız onun uşağı çıxır.

KARMA

- Siz dünyanın bir çox məşhur adamları ilə görüşmüsüz.Onlardan hansını əhəmiyyətli sayırsız?

 - Görkəmli adamlar çox olub.Onlardan 3-nün adını çəkə bilərəm.İoann Pavel II, Dalay Lama XIV, Patriarx Aleksiy II.
Kirsan İlümjinov:"Yadplanetlilərlə söhbət etdiyimi eşidəndə, hamı məni lağa qoyurdu "
- Bildiyimə görə İoann Pavel II şahmat kompozisiyaları ilə maraqlanırdı...

- Dogrudur! O şahmat məsələləri və etüdləri qururdu.1993-cü ildə mən Kalmıkiyanın pezidenti seçiləndə Papanın  katibliyində Vatikana gəlmək təklifini aldım.Biz görüşdük.Mən ona üzərində Kalmıkiyanın çöllərinin şəkliolan rəsm əsəri hədiyyə etdim.O xəritəyə yaxınlaşdı və Kalmıkiyanı tapmağa çalışdı.Mənim köməkliyimlə tapa bildi.1995-ci ildə FİDE-nin prezidenti seçildikdə isə , ilk təbrik teleqramını məhz ondan aldım.Sonra mən yenə də onun qonağı oldum və bu dəfə ona Kuban ustalarının düzəltdiyi şahmat hədiyyə etdim.O sevindi, lövhənin üzərində özü qurduğu məslənin kompozisiyasını düzdü.

- Çətin məsələ idi ?

- Ağlar 5 gedişə mat eləyirdilər.Pontifik məsələnin mənə gözəl həllini göstərdi.

- Səhv etmirəmsə Aleksiy II-də Elistada şahmat üzrə Rusiya çempionatında idi.O da bu oyuna aludə idi?

- Biz patriarxla dost idik.mən onun evində - Peredelkinoda qonaq olanda küncdə şahmat taxtası gördüm.Aleksiy II şahmatı çox sevirdi.Hətta nokaut-dünya çempionatı keçirmək qərarını verəndə də məndən zəng edib səbəbini soruşurdu.
Kalmıkiyaya səfəri zamanı proqramda şahmat çempionatına getmək yox idi.Lakin biz şəhərdə gedərkən turnirin  anonsunu gördüyünə görə ora da gəldi.Svidler-Bareyev oyununda gediş elədi, sonra isə biz onunla dostluq oyunu keçirdik.

- Aleksiy II hansı səviyyədə oynayırdı?

- Yüksək səviyyəli həvəskar.

- Buddistlərin ruhani lideri Dalay Lama XIV ilə də dostsunuz.O da şahmatla maraqlanır?

- Onunla mən hər il görüşürəm.Mayın 7-si yenə də görüşməliyik.O deyir ki, şahmat oynayarkən inasnın beynində gedən  proseslər ,buddizm kahinlərinin meditasiya zamanı beynində gedən proseslərlə eynidir.Mən hər il onun Dxaramsaladakı  (Hindistan) rezidensiyasında oluram.Bir dəfə daha çox meditasiya etmək üçün orada qalmağımın müddətini uzatmaq xahişini etdim."Bizim İbadət edənlərimiz var.Sən aşağı düş , sənin öz karman var "- kahinləri göstərərək dedi.

FİŞER VƏ DİGƏRLƏRİ
Kirsan İlümjinov:"Yadplanetlilərlə söhbət etdiyimi eşidəndə, hamı məni lağa qoyurdu "
- Bəs şahmatda sizinlə baş verən ən qiymətli hadisə hansıdır?

- Fişerlə görüşməyim.Bu görüş ümumiyyətlə mənim həyatımın ən əlamətdar hadisələrindən biridir.Mənim üçün Bobbi  Fişer bəşəri dahidir.Şahmat- bizə digər sivilizasiyalardan gələn ilahi bir oyundur.Fişer də həyatın bütün 64 xanasından 
keçərək , getmək lazım olduğunu hiss etdi.Fişerlə görüş qiymətinə görə mənim üçün İoann Pavel II, Dalay Lama XIV, Patriarx Aleksiy İI ilə görüşlərlə eynidir.

- Xatırladım ki,1995-ci il idi.Moskvada küçədə gedərkən , qara Rols-roys saxladı və məni götürərək sizin evinizə, şampan  içməyə və prezident seçilməyinizi qeyd etməyə gətirdi.

- …Bu həmin ev idi ki, məni oradan yadplanetlilər aparmışdılar…

- Bu sizin FİDE-nin prezidenti kimi ilk müsahibəniz idi.Onda siz mən Fişerlə görüşmək istədiyinizi bildirdiz.Mən isə  Fişerin sovet adamları ilə , ta ki, oğurluq edərək kitabını dərc etdiklərinə görə borclarını ödəmədiklərinə qədər görüşməyəcəyini bildirdiyini, dedim.Siz borcun nə qədər olduğunu soruşduz.100 min dollar olduğunu öyrənərkən isə dərhal "mən bu məbləği ödəyərəm"- dediz.Və bu haqda qəzetdə yazmağımı xahiş etdiz.

- Dərc edilmiş qəzeti Lilientala göndərdik və oda Fişerə göstərdi.Həmin hadisədən 2 həftə sonra biz artıq Fişerlə bir yerdə  idik.Kalmık qara kürüsü ilə araq içdik. Bobbi gözlərində yaş deyirdi:"Bütün həyatım boyu məni aldatdılar,yalnız indi 
borcumu qaytardılar!" İndiyə qədər Budapeşt aeroportunda məni yola salmağı gözümün qabağındadır.Fişer başında beysbol papağı, əlindəki çantadan isə səliqəsiz bükülmüş dollarlar sallanmışdı.Şahmatın dahisi idi.Belə adamları "bu 
dünyadan olmayan insanlar" adlandırırlar.

- Bu yaxınlarda iddiaçıların turnririnin Fişerin həmyerlisi Polsona həvalə etmənizdə , yəqin ki, nəsə bir rəmzilik var.

- Hiss eləmişdim ki, Polson FİDE-ni kommersiya cəhətdən yüksəldəcək.Çoxları bu qərarı düzgün saymırdı.Biz onunla  vaxtın dəyişilməsi qərarını da birlikdə qəbul etdik.Monakoda Hotel de Paris - də əyləşmişdik.Səhərisi gün isə Bakıya uçaraq Azərbaycan təşkilatçıları ilə müqavilə imzalamalıydıq.

- Polsona 2017-ci ildə dünya çempionatını "Avrora" gəmisində keçirmək istəyinizi demisiz?

- Bəli , Polson bilir.2017-ci ildə mütləq "Avrora"-da oynayacağıq.İnanıram ki, kommunistlər etiraz etməyəcəklər.Axı, Lenin  şahmatı çox sevirdi.

- Siz şahmata özünüzün 50 milyon pulunuzu xərcləmisiz…

- Bir az da artıq…

- Heyfslənmirsinizmi?

- Qohumlarım məni mazoxist adlandırırlar.Deyirlər:"Sən onlara pul xərcləyirsən, onlar isə səni tənqid edirlər"Bəlkə də düz  deyirlər.Lakin mən başqa cür bacarmıram.

FATALİST

- 1993-cü ilin oktyabrında konfrantasiya zamanı RF-nın parlamentinə yaxınlaşarkən qara "Linkoln"uza neçə yerdən güllə dəymişdi?

- 9…

- Ağ evi ağ plaşda snayperlərin güllələri altından , böyük meydanla gedəndə risk etmirdinizmi.?

- Bəli , mən fatalistəm.İçəridə onlarla insan var idi.güllə yarası almış cəsədlər,qan ləkəsi tutmuş mərmər pilləkənlər.Bu insanlıqdan uzaq bir səhnə idi.Onların arasında qadınlar və uşaqlar da var idi.Ordan mən 100-ə yaxın insan çıxatdım .Kütlənin arasından yaralıları çıxaranda , bəziləri məni arxadan təpikləyirdilər də.
Belə bir səhnəni, lakin bir qədər böyük miqyasda mən keçən il NATO-nun təyyarələrinin hücumu zamanı Tripolidə gördüm.Mənə qorunan yerdə gecələməyi məsləhət gördülər.Lakin, mən oteldə qaldım.Bütün gecəni səhərə qədər onlar şəhəri bombalayırdılar.Parlamenti vuyrmaq istəyirdilər, xəstəxanaya dəyirdi.60 nəfər həlak oldu.Baxmayaraq ki, BMT Liviyanın səmasını neytral elan edərək uçuşa qadağa qoymuşdu!Bütün bu haqsızlığa milyardlarla insan CNN vasitəsilə tamaşa edirdi.

Kirsan İlümjinov:"Yadplanetlilərlə söhbət etdiyimi eşidəndə, hamı məni lağa qoyurdu "

- Səddam Hüseyn və Qəddafinin yanına gedəndə siz , hansısa missiyanı yerinə yetirirdiz, yoxsa bu bir mənəvi addım idi?

- Bu Homo Sapiens missiyası idi.Mən təmiz , namuslu adamların missiyasını yerinə yetirirdim.İnsanlar üzərinə ova çıxdıqda sakit oturmaq olmaz!Məgər bu normaldı ki, ABŞ-ın baş katıbı xanım Klinton Qəddafinin ölüm xəbərini eşitdikdə : "Vau!"- qışqırır?

HƏYAT

- Sevdiyiniz musiqi qrupu?

- Mənim bir sürücüm var idi.Kalmıkiyanın çölləri ilə gedəndə , o , həmişə "Laskovıy may" qrupunun "Ağ qızılgüllər" mahnısını qoyurdu.Bu musiqi ilə mən preziden seçkilərində qalib oldum və vaxtdan qrup beynimə həkk olundu.

- İnsanlarda dəyər verdiyiniz ən üstün keyfiyyət hansıdır?

- Səmimiyyət və düzgünlük.Mənim nənəm həmişə deyərdi: "Dürüstlük - ən böyük hiyləgərlikdir".Mən də bu prinsipə əməl edirəm. Hətta işimə xələl gətirsə belə dürüst oluram və həqiqəti deyirəm.Elə yadplanetlilərlə bağlı başıma gələn tarixçəni götürək. Siyasətçi üçün bu düzgün etiraf deyildi?! Amma əgər mən onlarla danışmışam, necə ki, indi sizinlədanışıram, onda bunu təmiz ürəklə söyləmək lazımdır.Bunda qeyri-adi heç bir şey yoxdur.
Kirsan İlümjinov:"Yadplanetlilərlə söhbət etdiyimi eşidəndə, hamı məni lağa qoyurdu "
- Humanoidlə söhbət sizcə adi şeydir?!

- Mən bunu çox normal qəbul etdim.Fəxr edirəm ki, bu barədə bəxtim gətirib.Milyonlarla adam Həvvanın Adəmin qabırğasından yarandığına inanırlar.Bəziləri insanın meymundan yarandığına inanır.Mən isə insanın kosmik yaradılış olduğuna inanıram.Uçan boşqablar haqqında heç kim düzgün informasiya verməyi xoşlamır.Lakin NASA-da minlərlə belə faktlar var.


GÖZLƏRİMİ YUMUB

- Bu yaxınlarda sizdən Moskvada ,yoxsa Elistada daha çox olduğunuzu soruşdum.Siz isə Havada cavab verdiz.Ötən il neçə ölkədə olmusuz?

- 108 ölkədə.Həkimlər yüksəklikdə radiasiyanın 50 dəfə artıq olduğunu deyirlər.Pilotlar quru qırmızı şərab içməyi məsləhət görürlər.Mən də bu məsləhətə qulaq asmağa başlamışam.

- Yaxın 10 ildə planlarınız nədir?

- Öz beynimin imkanlarından daha yaxşı istifadəetməyi öyrənmək.Teleportasiyanı öyrənmək çox gözəl olardı.Və yaxud da insanların fikrini oxumağı...və onlarla mobil telefonsuz ünsiyyət qurmağı ...Atlantlar kimi!
Mən tez-tez yuxuda uçuram.Dağın başına qalxıram , təkan verirəm və uçuram.Çox gözəl hisslərdir!

- Onda belə də yazaq: "Yaxın 10 ildə İlümjinov qarşısına uçmağı öyrənmək məqsədi qoyub".

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat