Azərreyl məğıub oldu

Sayta qoyulub: 18:53 05.04.2012 (287 dəfə oxunub)

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasının final mərhələsinin II turunun oyunları keçirilib. 

Günə “Lokomotiv” – “Azərreyl” oyunu ilə start verilib. Təsnifat mərhələsində “dəmiryolçular”ın duelləri 5 set davam etdiyindən və hər ikisində Vüqar Əliyevin yetirmələri qalib gəldiklərindən matçın yenə kifayət qədər çətin keçəcəyini proqnozlaşdırılırdı. Lakin “Çelenc Cup”ın son qalibi bu dəfə məğlubiyyətlərdən birinin qisasını alıb. Onların qələbəsi isə “quru hesablı” olub.

Belə ki, oyun Draqutin Baltiçin yetirmələrinin üstünlüyü ilə start götürüb. İlk setin hər 2 texniki fasiləsinə öndə yollanan (8:4, 16:10) “Lokomotiv” sonda rəqibini 25:23 hesabı ilə məğlub edib.

Bunun ardınca “Azərreyl”in oyunun gedişini dəyişəcəyi gözlənilsə də, yenə ilk hissədəki ssenari davam edib. “Lokomotiv” hətta bu dəfə ilk texniki fasiləyə 6 top fərqi ilə öndə çıxıb. Üstünlüyünü sona kimi qoruyan Baltiçin yetirmələri ikinci seti də xeyirlərinə başa vurublar – 2:0.

Üçüncü set isə qarşılıqlı hücumlar şəraitində keçib. Düzdür, yenə “Lokomotiv” ilk texniki fasiləyə üstün yollanıb (8:6). Lakin məğlubiyyətlə barışmaq istəməyən “Azərreyl” hesabı bərabərləşdirdikdən – 20:20 etdikdən sonra onları xalaxal izləyib. Buna baxmayaraq, daha əzmkar və inamlı çıxış edən “Lokomotiv” yekunda 3:0 hesabı ilə qalib gələrək, 3 xala sahib olub. Vüqar Əliyevin yetirmələri isə set kimi, xala da həsrət qalıblar.

Turun digər matçında “İqtisadçı” “Rabitə” ilə gücünü yoxlayıb. Mövsüm ərzində komandanı bir neçə dəfə dəyişməyə adət edən universitet klubu təsnifat mərhələsindəki kimi oynayaraq, dünya çempionları qarşısında heç nəyə nail ola bilməyiblər. Onlar hazırda əla formada olan “Rabitə”yə uduzaraq, növbəti dəfə məyus olublar. Son 5 ilin dəyişməz Azərbaycan çempionunun bu dəfə də hədəfi yalnız qızıl medallar olduğundan, rəqibinə 1 set belə güzəştə getməyib.

Oyun startındaca onlar güclərini ortaya qoyublar. “Rabitə” 4:0 hesabı ilə önə keçdikdən sonra Bülənt Karslıoğlu tay-auta əl atsa da, bunun xeyri olmayıb. İlk texniki fasiləyə 5, ikinci texniki fasiləyə 3 top irəlidə çıxan Zoran Qayiçin komandası yekunda 9 xal fərqi ilə qalib gəlib.

İkinci set də “Rabitə”nin üstünlüyü şəraitində keçib. Düzdür, “İqtisadçı” 1 dəfə hesabı bərabərləşdirməyə nail olub – 8:8. Lakin bunun onlar üçün heç bir faydası olmayıb. İkinci texniki fasilədə 5 xallıq fərq əldə edən “Rabitə” bu hissəni də qalib kimi başa vurub.

Bunun ardınca “İqtisadçı” rəqibinə ciddi müqavimət göstərib. Onlar oyunda ilk dəfə Zoran Qayiçin yetirmələrini hesabda da qabaqlayıblar – 5:3. Amma həmişə çətin vəziyyətdən inamla çıxan “Rabitə” bu dəfə də rəqibin sevinməsinə imkan verməyib. Yekunda isə xal fərqini 10-a çatdırmaqla, final mərhələsində 2-ci “quru hesablı” qələbəsini qazanıb.

Beləliklə, 2 turdan sonra “Rabitə” vahid liderə çevrilib. “Azərreyl” və “Lokomotiv” isə 3 xalla növbəti 2 pillədə qərarlaşıblar.

5 aprel
Final mərhələsi, II tur

İQTİSADÇI – RABİTƏ - 0:3 (16:25, 19:25, 15:25)
İlk oyun: “İQTİSADÇI” – “RABİTƏ” - 1:3 (12:25, 25:17, 23:25, 18:25)
İkinci dövrə: “RABİTƏ” - “İQTİSADÇI” - 3:0 (25:15, 25:23, 25:23)

LOKOMOTİV – AZƏRREYL - 3:0 (25:23, 25:21, 30:28)
İlk dövrə: “LOKOMOTİV” – “AZƏRREYL” - 2:3 (16:25, 25:23, 25:20, 23:25, 11:15)
İkinci dövrə: “AZƏRREYL” – “LOKOMOTİV” - 3:2 (22:25, 25:15, 19:25, 25:18, 15:13)


06.04.2012
16-00 Azərreyl-İqtisadçı
18:30 Bak-Lokomotiv

 

 

 

Azərreyl məğıub oldu

Azərreyl məğıub oldu

 

  Komanda O Q M S T X
  1  Rabitə   2 2 0      6-0    150-94    6 
  2   Azərreyl 2 1 1      3-3    147-138    3 
  3   Lokomotiv 2 1 1      3-3    124-147    3 
  4   Bakı  1 0 1    0-3       58-75    0 
  5   İqtisadçı    1 0 1   0-3      50-75    0 

 

XƏBƏR LENTİ