Rabitə yenə ÇL-də ikinci oldu

Sayta qoyulub: 19:59 10.03.2013 (937 dəfə oxunub)

 

Bu gün Türkiyənin İstanbul şəhərində voleybolçu qadınlar arasında Çempionlar Liqasına yekun vurulub. Finalda son ölkə çempionu “Rabitə” Türkiyənin “Vakıfbank” klubu ilə qarşılaşıb. Qeyd edək ki, 2011-ci ildə də yenə də İstanbulda keçirilən finalda da “Rabitə” və “Vakıfbank” qarşılaşmışdı. Həmin vaxt türklər komandamızdan üstün olmuşdular. Bu dəfə “rabitəçilər” həm həmin məğlubiyyətin qisasını almaq, həm də baş mükafata sahib çıxmaq şansı qazanmışdılar. Lakin təəssüf ki, "rabitəçilər" yenə də bu rəqibinə darmadağınla uduzub və gümüş medallarla kifayətlənib.
 
Qeyd edək ki, final matçında öncə üçüncü yer uğrunda görüş keçirilib. Bürünc medallar uğrunda yarımfinalda “Rabitə”yə uduzan İtaliyanın “Yamamay” klubu “Vakıfbank”ın yendiyi digər Türkiyə təmsilçisi “Galatasaray” mübarizə aparıb. Gərgin keçən görüşün yekununda qələbə İtaliya təmsilçisinə qismət olub.
 
Çempionlar Liqası
10 mart
 
3-cü yer uğrunda oyun
Galatasaray – Yamamay - 2:3 (21:25, 15:25, 25:23, 25:22, 11:15)

Final
Rabitə - Vakıfbank - 0:3 (17:25, 20:25, 23:25)
  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ