Avstraliya qran prisinin 2 və 3-cü seqmentləri sabaha keçirildi.

Sayta qoyulub: 09:13 16.03.2013 (119 dəfə oxunub)

Avstraliyada yağış təsnifatın tam keçirilməsinə imkan verməyib.Stüardlar yağışlı hava şəraitində birinci sessiyanın baş tutmasına imkan veriblər.Burada 6 sürücü növbəti sessiyadan kənarda qalıb.Pastor Maldonado ("Williams"), Esteban Gutierrez ("Zauber"), Jules Bianchi və Max Çilton (hər ikisi - "Marusya"), Guido van der garde və Charles Pic (hər ikisi - "Keterhem").Növbəti sessiyalar isə yağışın kəsmədiyinə görə və havanın qaralmasına görə yerli vaxtla sabah səhər 11-ə keçirilib.Xatırladaq ki, təsnifat mərhələsinə sabah səhər Bakı vaxtilə 09-20-dən etibarən İdman Azərbaycan kanalı ilə baxa bilərsiniz.Ardınca yarışını final hissəsi canlı təqdim ediləcək.

XƏBƏR LENTİ