Taekvondoçularımız Hollandiyada 4 medal qazandı

Sayta qoyulub: 14:51 18.03.2013 (277 dəfə oxunub)

 

Hollandiyanın açıq çempionatında iştirak edən gənclərdən ibarət seçmə komandamız bu yarışı da zəfərlə başa vurub. Eyndhovendə "Dutch Open" turnirinə qatılan taekvondoçularımız iki qızıl, eləcə də bir gümüş və bürünc medal qazanıblar.
Azərbaycan Taekvando Federasiyasından verilən mılumat görə, seçmə komandanın baş məşqçisi, əməkdar məşqçi Məmməd Abdullayev və heyətin böyük məşqçisi Zahid Məmmədovun çalışdırdığı heyətdən Ayxan Tağızadə (-63 kg) və Səid Quliyev (-73 kg) ötən ay İsveçdə, "Trelleborq Open" turnirində göstərdikləri nəticəni təkrarlayaraq çempion olublar. Samid Bagırlı (-48 kg) gümüş medala, Təranə Məmmədova (-46 kg) isə bürünc mükafata sahib olub.
ATF-in vitse-prezidenti Nağı Səfərovun rəhbərliyi ilə yarışda iştirak edən idmançılarımız martın 19-da Bakıya dönəcəklər.

XƏBƏR LENTİ