Fəridə Əzizova dünya çempionu oldu.

Sayta qoyulub: 11:28 07.04.2012 (326 dəfə oxunub)

Azərbaycan taekvondoçusu Fəridə Əzizova Misirin Şarm əl-Şeyx şəhərində gənclər arasında keçirilən dünya çempionatında qızıl medal qazanıb.68 kq çəki dərəcəsində çıxış edən Əzizova 2012-ci il London Yay Olimpiya Oyunlarına böyüklər arasında qazandığı vəsiqənin təsadüfi olmadığını bir daha nümayiş etdirib. 17 yaşlı taekvondoçumuz mübarizəyə 1/8 final mərhələsindən başlayıb. O, əvvəlcə serbiyalı Violeta Babiçi, 1/4 finalda sloveniyalı Dunya Lemajiçi yenib. Yarımfinalda Əzizova tailandlı Kanjana Sukivasdan üstün olub. Nəhayət, həlledici görüşdə təmsilçimiz Hollandiyanı təmsil edən Aylin Akdənizə 4:3 hesabı ilə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Digər taekvondoçularımıza gəldikdə, Pərvin Əliyev (59 kq), Elnur Məhərrəmov (78 kq), Seyidəzim Bədirxanlı (+78 kq) ilk, Ruslan Abbasov (51 kq), Ayxan Tağızadə (55 kq), Vladislav Subbotin (73 kq) və Təranə Məmmədova (46 kq) ikinci döyüşdəcə uduzaraq, medalsız qalıblar.

Məcid Sofiyev (45 kq), Nicat Əliyev (63 kq) və Zümrüd Məlikova (42 kq) aprelin 7-də, Elmar Bədəlli (48 kq), Şamxal Əbilov (68 kq), Nərminə Məmmədova (44 kq) aprelin 8-də döyüşəcək.

XƏBƏR LENTİ