Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Milli məclisin deputatı dünya çempionatından danışdı

Sayta qoyulub: 19:04 07.03.2012 (599 dəfə oxunub)

 

 
Milli məclisin deputatı dünya çempionatından danışdı
 
Milli Məclisin deputatı Qənirə Paşayeva FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 ilə bağlı affa.az vəaffavideo.az saytlarına fikirlərini bildirib: «Təbii ki, bu, çox önəmli hadisədir. Azarkeşlərin sayına görə futbola dünyanın ən məşhur oyunu deyə bilərik. FİFA kimi mötəbər qurumun 17 yaşadək qadınlar arasında dünya çempionatının Azərbaycanda keçirilməsinə qərar verməsi özü böyük hadisədir. Bu, Azərbaycana verilən önəmdir, Azərbaycan dövlətinin futbolun inkişafına verdiyi dəstək və diqqətə verilən qiymətin nəticəsidir. Bu yarışın yüksək səviyyədə keçiriləcəyinə onlarda inam var. FİFA-nın prezidenti Yozef Blatter özü də Azərbaycanda olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə və AFFA prezidenti Rövnəq Abdullayevlə görüşüb. O, gördü ki, Azərbaycanda futbola böyük diqqət ayrılır.
 
Ümid edirəm ki, bu dünya çempionatı Azərbaycanda qadın futbolu inkişafına müsbət təsir göstərəcək. Eyni zamanda cəmiyyətin qadın futboluna baxışında da dəyişiklik olacaq. Bu sahəyə diqqət daha da artacaq. Mən qadın futboluna diqqətin artmasında maraqlıyam. İstəyirəm ki, qızlarımız futbola gəlsinlər və bacarıqlarını göstərsinlər. İnanıram ki, ölkəmizdə yüksək potensiallı qızlar var. Eyni zamanda bir çox xarici ölkələrdən Azərbaycana gələcəklər. Bu zaman ölkəmizi daha yaxından tanıyacaq və məlumat toplayacaqlar. Bu, həm də ölkəmizin təbliğidir.
 
Cəmiyyətdə belə stereotiplər var ki, qız hara, futbol hara. Qızlarımızın uğuru bu stereotipləri dağıda, cəmiyyətin bu düşüncəsini dəyişə bilər. Onların məşhur futbolçu olmaq və Azərbaycanın adını ucaltmaq imkanları var. Ona görə də futbolçu qızlarımıza üzümü tutub deyirəm ki, yalnız qələbə haqqında düşünün. Üstəlik, çempionat Azərbaycanda keçirilir və azarkeş dəstəyi güclü olacaq. Komandamıza uğurlar arzulayıram».

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat