İsmayıllı Olimpiya İdman Kompleksində gimnastika bölməsi açılıb

Sayta qoyulub: 19:28 27.03.2013 (214 dəfə oxunub)

 

Bölgələrdə gimnastikanın təbliği və inkişaf etdirilməsi, idmançıların yetişdirilməsi, bacarıqlı gimnastların müəyyən edilərək yığma komandaya cəlb olunması istiqamətində tədbirlər görülür. Azərbaycan Gimnastika Federasiyasının dəstəyi ilə sentyabrın 29-da İsmayıllı Olimpiya İdman Kompleksində gimnastika bölməsi açılıb. Mərasimdə çıxış edən kompleksin direktoru Tofiq Hümbətov bildirib ki, rayonda bədii gimnastikanın təbliği üçün geniş işlər görülür. Bununla bağlı uşaq bağçalarında və orta məktəblərdə azyaşlı uşaqlar və onların valideynləri ilə görüşlər keçirilir.

Qısa müddətdə 4-10 yaşlı qızlardan ibarət  kompleksin yığma komandası yaradılıb. Pulsuz keçirilən məşqlərə 30 uşaq cəlb edilib. Gələcəkdə gimnastika ilə məşğul olan uşaqların sayının 50-ə çatdırılması nəzərdə tutulur. Uşaqlarla işi federasiya tərəfindən göndərilən məşqçi həyata keçirir. Azərbaycan Gimnastika Federasiyasının dəstəyi ilə açılan bölmədə uşaqların məşq etməsi üçün lazımı şərait yaradılıb. Kompleksin direktoru İsmayıllıda bədii gimnastikanın inkişaf edəcəyinə və uğurlar qazanacağına əminliyini ifadə edib.

Qeyd edək ki, bu günədək federasiyanın Sumqayıt, Gəncə, Kürdəmir, Xırdalan, Göyçay və İsmayıllıda bölmələri açılıb. Üç ildir ki, fəaliyyət göstərən İsmayıllı Oimpiya İdman Kompleksində hazırda 18 idman bölməsi üzrə 800-ə yaxın idmançı məşq edir.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ