Həftəsonunun Avropada 5 əsas oyunu.

Sayta qoyulub: 21:06 29.03.2013 (491 dəfə oxunub)


 

Həftəsonunun afişası sabahdan bazar ertəsinə qədər keçiriləcək oyunları nəzərdə tutur.Belə ki, həftənin ilk günü ingiltərədə baş tutacaq oyunu istirahət günü oyunlarından ayırmaq olmur.İngilislər sıx təqvimdə yalnız bir boş gün tapıblar.Bunu tapmaqda da onlara Mançester Yunaytedin çempionlar liqasında mübarizəni dayandırması yardım edib.Premyer liqa rəhbərliyi də bazar gününə təyin edilmiş Çelsinin oyununu şənbəyə keçirib.Beləliklə bazar ertəsi yerli vaxtla 12-30-da Stemford Bricdə yarımfinala vəsiqə müəyyənləşəcək.Çelsi Mançesterdəki əzmkarlıq sayəsində oyunu öz doğma arenasına qədər gətirib çıxara bilib.

Həftəsonunun Avropada 5 əsas oyunu.

Əslində bu oyunu da birinci pilləyə qoymaq olar.A seriyasının pərəstişkarları üçün Milandakı oyun həftənin ən önəmlisidir.Hazırda heyətlə bağlı İnterin problemləri mövcuddur.Seçmə mərhələnin oyunları Cənubi Amerikalı futbolçuların tam qüvvə ilə oynamasına imkan vermir.Belə ki, onlar aradakı 3 günün 1-ni yolda olublar və iqlim dəyişikliyi sıxıntısı ilə qarşı-qarşıya qalıblar.Nəzər alsaq ki, bu il İnter bəzən feyerik oyunlar nümayiş etdirir, onda Yuventusun vəziyyətinin yaxşı olmadığını görərik.Həm də Konte qarşıdakı Bavariya oyununu da düşünəcək.A seriyasında turun mərkəzi oyunu şənbə günü saat 18-də baş tutacaq.

Həftəsonunun Avropada 5 əsas oyunu.

Həftənin 3-cü oyunu kimi Atletiko M-Valensiya qarşılaşmasını qeyd edə bilərik.Mövsümü La liqada 2-ci yerdə bitirməyə çalışan Atletiko 4-cü yerə iddia edən Valensiyanı qəbul edir.Acınacaqlı maliyyə vəziyyəti Valensiyanın geriyə yol olmayan bir vəziyyətə salıb.Yayda komanda yenə də əsas futbolçularını satacaq.Onların qalmasına yalnız çempionlar liqasına qazanılacaq vəsiqə kömək edə bilər.Oyun bazar günü 00-00-da baş tutacaq.

Həftənin daha 2 oyunu siyahısına Almaniyadan Bavariya-Hamburq (şənbə 21-30) və İngiltərədən Mançester Siti-Nyukasl (şənbə 19-00) oyunlarını salmaq olar.Hər iki oyun məhz adına görə maraq doğurur.

XƏBƏR LENTİ