Həftəsonunun Avropada 5 əsas oyunu.

Sayta qoyulub: 09:17 06.04.2013 (522 dəfə oxunub)

Həftəsonu 2 oyun diqqət çəkir.Hər ikisi derbidir.Biri İngiltərədə oynanılır.Mançesterdə Yunayted Sitini qəbul edir.Oyunda çempionluq intriqası yoxdur.Siti hazırda əsas diqqətini Çelsi ilə yarımfinala yönəltməlidir.Yunayted isə seriyalarını davam etdirmək niyyətindədir.Komandanın qapıçısı De Xeanın da quru seriyası var.Bu rəqəm 6 oyuna brabərdir.

Həftəsonunun Avropada 5 əsas oyunu.

Bazar ertəsi 00-00

İtaliyada isə qanlı derbi var.İngilis azarkeşlərin xuliqanlığı artıq tarixə qovuşub.Orada derbilər sakit keçir.Apennində isə hələ də derbi dava deməkdir.Xüsusilə də paytaxt derbisi.Bu dəfə ev sahibi Romadır.Roma son 3 oyunda vedə qalib gəlib.Lasio isə son 4 səfər oyununda bir qol belə vura bilməyib.Əlavə edək ki, Kloze də zədəsini sağaldıb.

Bazar ertəsi 23-45

Almaniyada bu həftə çempion rəsmiləşə bilər.Bavariya Frankfurt səfərinə yollanır.Meydan sahiblərinin heyətində böyük itkilər var.Münhenlilər isə Yuventus qələbəsinin eyforiyasında evə çempion kimi gedə bilərlər.Həm də meydana Yuventusla oynamayan futbolçuların çıxması da gözlənilir.Bu da futbolçuların motivasiyasını artıracaq.

Şənbə 18-30

İngiltərədə daha bir maraqlı qarşılaşma Tottenhem-Everton görüşüdür.Meydan sahiblərinin 6 futbolçusu zədəlidir.Evertonda isə Pinarla Fellaini cəzalıdırlar.Bu da oyunun səviyyəsini aşağı sala bilər.Lakin turnir mübarizəsi bütün bunları alt-üst etməlidir.Komandaların xal itirmək planları yoxdur.

Bazar

5-ci oyun kimi bir neçə qarşılaşmanı qeyd etmək istərdik.Bu siyahıya Ukrayndakı Dinamo K-Şaxtyor, İspaniyadakı Xetafe-Atletiko M və Real Sosyedad-Malaqa, İtaliyadakı Fiorentina-Milan və İngiltərədəki Çelsi-Sanderlend oyunlarını salmaq olar.

XƏBƏR LENTİ