"Atasport" iki dəfə məğlub oldu

Sayta qoyulub: 08:44 09.04.2012 (339 dəfə oxunub)

Belçikanın San Sebastiyan şəhərində otüstü hokkey üzrə qadınların Çempionlar Kuboku yarışı başlayıb. Azərbaycanı bu yarışda təmsil edən Bakının "Atasport" klubu turnirə uğursuz başlayıb. Belə ki, ilk oyunda Avropanın ən güclü klublarından biri sayılan Hollandiyanın "Hertagenboş" komandasına 0-5 hesabı ilə məğlub olan Adil Paşayevin yetirmələri, ikinci qarşılaşmada İspaniyanın "De Football Sad" komandasına 0-2 hesabı ilə uduzublar. Nəticədə otüstü hokkeyçilərimiz qrupda sonuncu yeri tutublar. Sabah qızlarımız 7-8-ci yerlər uğrunda oyunda İngiltərənin Leyçester komandası ilə qarşılaşacaq.

XƏBƏR LENTİ