Həftəsonunun Avropada 5 əsas oyunu.

Sayta qoyulub: 20:06 19.04.2013 (505 dəfə oxunub)

Həftəsonunun Avropada 5 əsas oyunu.

Həftəsonunun afişasına nəzər saldıqda 4 oyun diqqəti çəkir.Bunlardan 2-si İngiltərədə keçiriləcək.Hər iki oyun bazar gününə təyin edilib.Paytaxt Londonda Tottenhem Mançester Sitini qəbul edir.Tottenhem azarkeşlərinin bəxtindən lider Qaret Beyl sağalıb.AVB onun bazar günü tam hazır olacağını bəyan edib.Uelsli futbolçu olmadan Tottenhem ortabab bir komandaya çevrilir.Bu səbəbdən də baş məşqçinin sevinci başadüşüləndir.Mançester Siti də İngiltərə kubokunun finalına çıxmaqla əhvalını xeyli yaxşılaşdırıb.Komandada demək olar ki, zədəli futbolçu yoxdur.Buna görə də tamaşaçıları maraqlı tamaşa gözləyir.

Bazar günü 17-30

Premyer liqada digər bir oyun Çelsi ilə Liverpul arasında olacaq.İngiltərə kubokuna əlvida deyən Londonluların əsas məqsədi hazırda premyer liqada ilk 3 yerdən birini tutmaqdır.Digər bir hədəf isə Avropa liqasıdır.Lakin prioritet vəzifə çempionlar liqasına birbaşa vəsiqədir.

Bazar günü 20-00 Liverpul-Çelsi

Həftənin digər bir maraqlı oyunu Turində baş tutmalıdır.Yuventus doğma arenada Milanı qəbul edir.İtaliya komandaları artıq son illərdə qitənin aparıcı komandalarından geridə qalır.Bu səbəbdən də onlar hazırda daha çox münasibətləri öz aralarında müəyyənləşdirirlər.Son iki ildə Yuventusun hegemonluğu çempionatı bir qədər də maraqsız edir.Buna baxmayaraq iki titullu komandanın oyunu yenə də diqqət mərkəzindədir.

Bazar günü 23-45 Yuventus-Milan

Həftənin afişasına İspaniyadan da bir oyunu əlavə etmək lazımdır.La liqada artıq intriqa qalmadığından maraqlı oyunları barmaqla saymaq olar.Bunlardan biri Valensiya-Malaqa görüşüdür.Hər iki komandanın əsas məqsədi 4-cü yeri tutmaqdır.Bu oyunda xal itkisi komandaların şansını azaldacaq.Belə ki, Real Sosyedad hazırda 4-cü yerə daha yaxındır.Valensiya üçün Çempionlar liqasız qalmaq ölümə bərabərdir.Maliyyə sıxıntıları yaşayan komanda heç olmasa iştiraka görə bir qədər pul qazanmaq istəyir.

Şənbə 01-00 Valensiya-Malaqa

Həftənin proqramında bu oyun 1-ci yeri də tuta bilər.Belə ki, Avropanın diqqətçəkən derbilərindən biri Rusiyada oynanılacaq.Moskvada barışmaz rəqiblər SSKA və Spartak üz-üzə gəlirlər.Artıq Lujnikidə keçirilən oyun üçün bütün biletlər satılıb.Oyuna qədər bu rəqəmin bir qədər də artacağı gözlənilir.SSKA turnir cədvəlinin lideridir.Spartak isə dumanlı bir mərhələnin içindən yaxa qurtara bilmir.

Bazar günü 14-30 SSKA-Spartak

XƏBƏR LENTİ