Avropada həftəsonunun 5 əsas oyunu

Sayta qoyulub: 19:29 26.04.2013 (610 dəfə oxunub)

Həftənin afişasına Turin derbisi ilə başlayırıq.Son 7 qarşılaşmanın 6-sı byankonyerinin qələbəsi ilə başa çatıb.Yuentus bu oyunlarda hətta qol da buraxmayıb.Görüşün maraqlı tərəflərindən biri Yuventusun bu oyunda skudettonu rəsmiləşdirmək fürsətidir.Qarşılaşma bazar günü 18-00-da başlayacaq.

Azarkeşlərimiz üçün maraqlı oyunlardan biri Kazanda keçiriləcək.Hımyerlimiz Ruslan Abışovun şərəfini qoruduğu Rubin komandası öz meydanında SSKA-nı qəbul edir.Moskvalıların Zenitlə xal fərqinin azalması onları bir qədər təşvişə salıb.Rubin isə Avropa macərasını başa vurduqdan sonra artıq bütün qüvvəsini çempionata yönəldib.Həm də Kazanlılar gələn ildə Avrokuboklarda oynamaq istəyirlər.Bunun üçün də onlar görüşə qələbə istəyi ilə çıxacaqlar.Bazar günü 19-15

İspaniyanın 2 müxalif bölgəsinin üzləşməsi Bilbaoda baş tutacaq.San Mamesdə Atletik Barselonanı qəbul edir.Oyunun afişsı böyük olsa da , Barselonanın biabırçı məğlubiyyətindən sonra oyuna maraq da azalıb.Hazırda komandanın iddiası yalnız çempionluğu rəsmiləşdirmək və öz oyunu haqda oturub fikirləşməkdir.Şənbə günü 21-00

Turun həlledici qarşılaşması isə Madrid derbisidir.Visente Kalderonda 20 gün sonra keçiriləcək Kopa Del Rey finalının repetisiyası olacaq.Ancaq həqiqətən də bu oyun yoxlama xarakterlidir.Realın az da olsa Dortmundla oyunda ümidi qalır.Atletiko isə yalnız prinsipiallığa görə 2-ci yeri tutmaq fikrindədir.Şənbə günü 23-00

Həftənin əsas oyunu kimi Emireytsdəki qarşılaşmanı qeyd etmək olar.Mançester Yunaytedlə Arsenalın son 9 qarşılaşmasından 8-də Manikunyanlar güclü olublar.Bu dəfə isə əksinə ola bilər.Belə ki, Yunayteddə artıq hamı istirahəti düşünür.Arsenalın isə hədəfi çempionlar liqası zonasına düşməkdir.Oyunu əlamətdar edən hadisələrdən biri Van Persinin doğma stadiona qayıtmasıdır.Bazar günü 20-00

Avropada həftəsonunun 5 əsas oyunu

XƏBƏR LENTİ