Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Hafiz Məmmədov: "Bakı" və "Neftçi" qardaş klublardır"

Sayta qoyulub: 22:42 07.03.2012 (520 dəfə oxunub)

Unibank Premyer Liqasının XIX turundan təxirə salınmış “Bakı” - “Neftçi” qarşılaşmasını stadionda izləyənlər arasında hər iki klubun prezidentləri də yer alıb.

Sportnews.az-ın “Bakı” klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, Hafiz Məmmədov və Sadıq Sadıqov oyunu sonadək maraqla izləyiblər.

Meydan sahiblərinin məğlub olmasına baxmayaraq, “Bakı”nın prezidenti Hafiz Məmmədov təmkinini itirməyib. Qonaq komandanın rəhbərini qələbə münasibəti ilə təbrik edən klub prezidenti “Neftçi”nin 3 xalı layiqincə qazandığını söyləyib:

"Neftçi" Azərbaycan çempionu və cari çempionatın lideridir. Bu komandanın gücü məlumdur. “Neftçi” səviyyəli futbolçulardan təşkil olunmuş və oturuşmuş komandadır. Bu amil onların uğur qazanmasının əsasıdır. Bizim komandaya gəldikdə isə, hələ heyətlə bağlı problemlərimiz var. Yeni futbolçularımız güclü oyunçular olsalar da, komandaya tamamilə uyğunlaşa bilməyiblər. Xətlərarası rabitə də nizamsız təsir bağışlayır və istənilən qaydada deyil. Məncə, “Neftçi” bu gün layiqli qələbə qazandı. “Neftçi” klubunun rəhbəri və bizim yaxın dostumuz Sadıq Sadıqov idman sahəsində öz sözünü demiş təcrübəli bir mütəxəssisdir. Təsadüfi deyil ki, “Neftçi” onun rəhbərliyi altında yüksəliş dövrünü yaşayır.

İki güclü rəqibin mübarizəsində ehtiraslar həmişə yüksək həddə olur. Bu idmandır. Mübarizə anında müxtəlif xoşagəlməz hallar yaşana bilər. İstisna deyil ki, müəyyən arzuolunmaz hərəkətlər yer alsın. Ancaq bu neqativ hallar iki klubun möhkəm təməllər üzərində qurulan dostluğuna və əməkdaşlığına xələl gətirə bilməz. Vaxtı ilə klublarımız arasında hansısa xırda anlaşılmazlıqlar yaşansa da, bütüb bunlar geridə qalıb. “Bakı” və “Neftçi” qardaş klublardır. Biz birlikdə Azərbaycan futbolunun inkişafı naminə çalışırıq.  Bir daha “Neftçi”ni təbrik edirəm, onlara gələcək oyunlarda uğurlar arzulayıram".

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat