BU GÜN SUPERLİQANIN 2-Cİ DÖVRƏSİ BAŞLAYIR.

Sayta qoyulub: 08:23 11.04.2012 (269 dəfə oxunub)

Bu qadın voleybolçular arasında Azərbaycan Super Liqasında final mərhələsinin II dövrəsinə start veriləcək.  “Sərhədçi” Olimpiya Mərkəzində baş tutacaq VI turun ilk qarşılaşmasında “Lokomotiv” “Rabitə” ilə qarşılaşacaq.

Zoran Qayiçin rəhbərliyi altında Super Liqada hələ uduzmayan dünya çempionlarının bu dəfə də xal itirəcəklərini inandırıcı deyil. Onların “Çelenc Cup”ın qalibinə “quru hesabla” qalib gələcəkləri gözlənilir.

Günün digər oyununda isə “Bakı” “Azərreyl”lə qarşılaşacaq. Burada da Vüqar Əliyevin yetirmələri favorit hesab olunurlar. Final mərhələsinin ilk dövrəsində cəmi 5 xal toplayan və hazırda turnir cədvəlində 3-cü olan “dəmiryolçular”ın Çempionlar Liqasına yollanmaq üçün artıq xal da itirmək limitləri qalmayıb.

Amma V turda gözlənilmədən “İqtisadçı”ya 0:3 hesabı ilə uduzan “Çelenc Cup”ın finalçısının da xal qazanması mümkündür. Çünki mövsümdə rəqibinə 3 dəfə məğlub olan paytaxtın eyni adlı təmsilçisinin qisas alması üçün son şansıdır.

11 aprel
Final mərhələsi, VI tur

16:00. “LOKOMOTİV” - “RABİTƏ”
İlk dövrə: “RABİTƏ” – “LOKOMOTİV” – 3:1 (29:31, 25:11, 25:20, 25:13)
İkinci dövrə: “LOKOMOTİV” – “RABİTƏ” – 0:3 (19:25, 20:25, 16:25)
Final mərhələsi: “RABİTƏ” – “LOKOMOTİV” - 3:0 (25:10, 25:18, 25:16)

18:30. “BAKI” – “AZƏRREYL”
İlk dövrə: “AZƏRREYL” – “BAKI” - 3:1 (15:25, 25:17, 25:23, 25:16)
İkinci dövrə: “BAKI” – “AZƏRREYL” - 1:3 (25:21, 22:25, 20:25, 14:25)
Final mərhələsi: “AZƏRREYL” – “BAKI” - 3:0 (25:23, 25:16, 25:19)

 

 

BU GÜN SUPERLİQANIN 2-Cİ DÖVRƏSİ BAŞLAYIR.

BU GÜN SUPERLİQANIN 2-Cİ DÖVRƏSİ BAŞLAYIR.

 

  Komanda O Q M S T X
  1  Rabitə      4    4    0     12-1      318-230   12 
  2   LokomotiV    4     2    2     6-7      272-309    6 
  3   Azərreyl    4    2    2     6-8      337-333    5 
  4   İqtisadçı     4    1    3     6-9       309-347    4 
  5   Bakı       4    1    3      3-9      148-188    3 
BU GÜN SUPERLİQANIN 2-Cİ DÖVRƏSİ BAŞLAYIR.

 

XƏBƏR LENTİ