Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Xəlil Mutlu: «Xristov London olimpiadasında çinliləri çox narahat edəcək» - MÜSAHİBƏ

Sayta qoyulub: 12:00 13.04.2012 (633 dəfə oxunub)

Türkiyənin məşhur idmançısı Xəlil Mutlu Azərbaycan Ağır Atletika Federasiyasının rəsmi saytına müsahibə verib. İdman.com.az-ın məlumatına görə, 3-qat olimpiya, 5-qat dünya və 9-qat Avropa çempionu olmuş titullu ağırlıqqaldıran, Azərbaycan milli komandasının aparıcı üzvü Valentin Xristovun çıxışına qiymət verib. O, təmsilçimizin London olimpiadasında da medal qazanacağına inandığını deyib.

- Turnirin təşkilatçılığı haqda nə deyə bilərsiniz?
- Məncə, hər şey qaydasındadır. Nəzərə alsaq ki, bu il Olimpiada ilidir, turnirin iştirakçı sayını da qənaətbəxş hesab etmək olar. Yarış yaxşı səviyyədə təşkil olunub. Düzdür, xırda çatışmazlıqlar da ola bilər. Ancaq bunlar təbii şeydir. Bu haqda fikri qonaqlarımız daha yaxşı deyə bilər. Fikrimcə, hər şey yaxşıdır. Türk qonaqpərvərliyimizi bütün qonaqlarımıza göstərməyə çalışırıq. Medallar uğrunda mübarizə isə sona qədər davam edir. 53 kq çəki dərəcəsində qadınların mübarizəsinə şahidlik etmək xoş idi. Sona qədər birdən-birə 8 idmançı medal şansını saxlayırdı. Böyük zövq verən yarış izləyirik.

- Azərbaycan yığmasının üzvü Valentin Xristov 56 kq çəki dərəcəsində qızıl medal qazandı. Nəzərə alaq ki, o, vaxtilə sizin çıxış etdiyiniz çəkidə mübarizə aparır. Onun perspektivi barədə nə deyə bilərsiniz?
- Çox istedadlıdır. Bu, aşkar görünür. Gənc olmasına baxmayaraq, çox güclüdür. Həm də ki, uzun illərdir, bu çəkidə olimpiadalarda Avropanı layiqincə təmsil edən idmançı yox idi. Bizim qitədən olan birisinin belə uğurla çıxış etməsi çox gözəldir. Xristov London olimpiadasında çinliləri çox narahat edəcək.

- Valentinin London-2012-də medal şansını necə qiymətləndirirsiniz?
- O, medalı artıq təmin edib. Buna əmin ola bilərsiniz. Qalır həmin medalın əyarını öyrənmək. Qızıl, gümüş və bürünc olacağını deyə bilmərəm, ancaq medal alacağı dəqiqdir. Mən belə düşünürəm. Buradakı çıxışını izləyəndə görünür ki, hazırkı nəticələri rahat qazandı və hər yanaşmasına azı 5 kiloqram da əlavə edə bilər.

- O, gənclər arasında Avropa rekordlarını yenilədi. Deyəsən, növbədə sizin rekordlarınızdır…
- İnşallah! Bu, gec-tez olacaq. Yaşayarıq, görərik. Təbii ki, bir rekord sahibi kimi deyə bilərəm ki, mənim üçün bu nə qədər gec baş versə, bir o qədər yaxşıdır.

- Yəni, Xristovu qısqanmırsız?
- Xeyr. Bu idmandır. Yenmək də var, yenilmək də. O, gəncdir, hələ böyük qələbələri qabaqdadır. Rekordumu qırarsa, onun adına sevinərəm. Xristova uğurlar arzulayıram.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ

    istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
    Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
    Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
    cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat