Çempionlar liqasının püşkatması İdman-Azərbaycan kanalında

Sayta qoyulub: 09:31 24.06.2013 (501 dəfə oxunub)

İyunun 28-də Avstriyanın paytaxtı Vyana şəhərində qadınlar  arasında Çempionlar Liqasının püşkatma mərasimi keçiriləcək.Bu  tədbirdə həmçinin ötən mövsümün turnirdə fərqlənən voleybolçuları mükafatlandırılacaqlar.Mərasim Bakı vaxtilə saat 23-15-də başlayacaq və İdman Azərbaycan kanalı ilə canlı yayımlanacaq.Qeyd edək ki, püşkatma zamanı səbətlər də məlum olub.Ölkəmizi 2013-2014 mövsümündə turnirdə təmsil edəcək “Rabitə” və “Azəryol” 3-cü, “İqtisadçı” ilə sonuncu “altılıqda” yer alıb.Maraqlıdır ki, eyni səbətlərdəki komandalar bir-birinə rəqib də ola bilərlər. Sonuncu səbətdə yarışa “wild card”la qatılan klublardır. 

I səbət
“Vakıfbank”, “Əczaçıbaşı”, “Qalatasaray” (hər üçü Türkiyə), “Dinamo” (Kazan), “Dinamo” (Moskva), “Omiçka” (hər üçü Rusiya)

II səbət
“Atom”, “Tauron” (hər ikisi Polşa), “Kann”, “Beziers” (hər ikisi Fransa), “Pyaçentsa”, “Konegliano” (hər ikisi İtaliya)

III səbət
“Rabitə”, “Azəryol” (hər ikisi Azərbaycan), “Stiinta”, “Dinamo-Romprest” (hər ikisi Rumıniya), “Srvena Zvezda” (Serbiya), “Şveriner” (Almaniya)

IV səbət
“Volero” (İsveçrə), “Agel” (Çexiya), “Gent” (Belçika), “Yamamay” (İtaliya), “İqtisadçı” (Azərbaycan), “Dresdner” (Almaniya)

XƏBƏR LENTİ