Vətən Hüseynli döyüşündən razı qalmayıb

Sayta qoyulub: 09:41 16.04.2012 (258 dəfə oxunub)

 

Türkiyənin Trabzon şəhərində keçirilən boks üzrə Avropa Olimpiya təsnifat turnirində ilk qələbəsini qazanan Vətən Hüseynli (81 kq) görüşlə bağlı fikirlərini bildirib. Millimizin üzvü döyüşündən o qədər də razı qalmadığını deyib: “Həmişə birinci qarşılaşmalar ağır alınır. Həm də Ukraynada 2 həftə ağır məşqlər keçmişdik. Turnirdə rəqabət güclüdür. Avropanın ən yaxşı boksçuları lisenziya uğrunda mübarizə aparırlar. İkinci görüşdə Polşa boksçusu Mateuş Triçlə üz-üzə gələcəm. Bu onunla ilk döyüşüm olacaq. İnanıram ki, daha yaxşı çıxış edərək, qələbə qazana biləcəm”. Qeyd edək ki, 81 kq çəki dərəcəsində 3 boksçu Olimpiya Oyunlarına vəsiqə qazanacaq. Əgər boksçumuz yarımfinalda uduzsa, onun rəqibi mütləq yarışın qalibi olmalıdır.

XƏBƏR LENTİ