Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Əjdər Cəfərov: "Belə bəyanatlar verməkdənsə, ruslar öz güləşçilərini hazırlasalar daha yaxşı olar"

Sayta qoyulub: 12:16 16.04.2012 (825 dəfə oxunub)

Əjdər Cəfərov: "Belə bəyanatlar verməkdənsə, ruslar öz güləşçilərini hazırlasalar daha yaxşı olar"

Azərbaycan Güləş Federasiyasının baş katibi, olimpiya dərəcəli hakim Əjdər Cəfərov qeyd edib ki, Rusiya Güləş Federasiyası tərəfindən qərəzli məlumatların yayılması artıq ənənəvi hal alıb.

“Güləşçilərin transferi bütün ölkələr, o cümlədən Azərbaycan tərəfindən FİLA-nın mövcud qaydalarına əsasən həyata keçirilir. Bu zaman, idmançının məxsus olduğu ölkənin Federasiyasından rəsmi razılıq əldə olunur, müvafiq məbləğ qarşı tərəfə ödənilir və transfer gerçəkləşdirilir. Bundan sonra isə, 2 il karantin müddəti gözlənilir və yalnız bu müddət başa çatdıqdan sonra transfer edilmiş idmançı yeni komandasının heyətində beynəlxalq yarışlarda çıxış etmək hüququ qazanır.

Bütün daxili və beynəlxalq yarışlarda şəffaflığın təmin edilməsi üçün FİLA tərəfindən püşkatma prosesi elə həyata keçirilir ki, hər bir idmançı üçün şərtlər bərabər olsun. Yəni güləşlə az-çox maraqlanan istənilən şəxsin bu prosesdən xəbəri var. Buna görə də cənab Bryusovun bu məsələni qabartması sadəcə gülüş doğurur. O ki qaldı, çəki prosesindən sonra yarımqrupların formalaşmasına, bu, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş xüsusi kompüter proqramı vasitəsilə həyata keçirilir. Burada heç bir insan faktoru rol oynamır, şəffaflıq tam təmin olunur.

Rusiya Güləş Federasiyasının rəsmilərinə İstanbulda keçirilən son Dünya çempionatının bir neçə çəki dərəcəsində bizim idmançıların yarımqruplarına nəzər salmalarını məsləhət görürəm. 84 kq çəkidə Dünya çempionluğunu qazanan Şərif Şərifovun medala qədər mübarizədən kənarlaşdırdığı idmançıların statusu və titulları barədə məlumatları yoxdursa, FİLA-nın məlumat bazasına diqqətlə baxsınlar. Eyni sözləri 74 kq çəki dərəcəsi haqqında da demək mümkündür. Bizim əksər idmançıların yarımqrupunda Rusiya da daxil olmaqla, dünyanın öndə gedən güləş ölkələrinin təmsilçiləri olub. Əgər püşkatmaya müdaxilə etmək mümkün olardısa, o zaman idmançılarımız üçün ən asan rəqibləri seçərdik. Bu kimi misalları son Avropa çempionatı barədə də demək olar.

Əslində Rusiya tərəfini başa düşmək çətin deyil. Son vaxtlar Rusiya güləşində tənəzzül yaşanır və Federasiya rəhbərliyi qarşıdakı Olimpiya Oyunlarında baş verə biləcək mümkün uğursuzluqdan özlərini sığortalamaq üçün belə fikirlər səsləndirir. Onlar nədənsə idmançılarının məğlubiyyətini hazırlıq prosesində və məşqçilərdə yox, kənar amillərdə axtarmağa çalışırlar. Digər tərəfdən Azərbaycan güləşinin son illərdə qazandığı nailiyyətlər onları qıcıqlandırır. Təklif edirəm ki, bu cür bəyanatlar yaymaqdansa, öz komandalarını ədalətli mübarizəyə hazırlasınlar.”

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ

    istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
    Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
    Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
    cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat