Daha bir boksçumuz növbəti mərhələdə

Sayta qoyulub: 16:23 16.04.2012 (303 dəfə oxunub)

Trabzonda keçirilən boks üzrə lisenziya turniri davam edir. Bu gün daha bir boksçumuz rinqə çıxıb. 69 kq çəki dərəcəsində yarışan Tamerlan Abdullayev çexiyalı Semyon Çxamovla görüşü 12-12 hesabı ilə başa vursa da, hakimlər qələbəni milli komandamızın üzvünə veriblər. Qeyd edək ki, bir gün əvvəl iki boksçumuz Elvin İsayev və Vətən Hüseynli də ilk görüşlərində qələbə qazanmışdılar. Bir qədər sonra Vətən Hüseynli 2-ci döyüşünü keçirəcək. Onun rəqibi polşalı Matuş Trisi olacaq.

XƏBƏR LENTİ