Vətən Hüseynli yarımfinalda

Sayta qoyulub: 17:18 18.04.2012 (305 dəfə oxunub)

Trabzonda keçirilən boks üzrə olimpiya lisenziya turnirində növbəti mərhələnin döyüşləri keçirilir. 81 kq-da çıxış edən Vətən Hüseynli 1/4 finalda fransalı Abdulkadir Çokinyanı 16-8 hesabı ilə məğlub edərək yarımfinala çıxıb. 69 kq-da yarışan Tamerlan Abdullayev isə irlandiyalı Adam Nolana 7-13 hesabı ilə uduzaraq lisenziya qazanmaq şansını əldən verib. Bir qədər sonra 56 kq-da Məhəmməd Abdulhəmidov rinqə çıxacaq. Onun rəqibi almaniya boksçusu Denis makarovdur.

XƏBƏR LENTİ