Çimərlik voleybolu üzrə Azərbaycan çempionatı başa çatıb

Sayta qoyulub: 09:50 16.08.2013 (79 dəfə oxunub)

 

 

Çimərlik voleybolu üzrə Azərbaycan çempionatı başa çatıb

 

Çimərlik voleybolu üzrə qadınlar və kişilər arasında keçirilən açıq Azərbaycan çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, 32 komandanın iştirak etdiyi yarışda “Lokomotiv-1” (Nina Neçay, Bəyaz Əliyeva) və “Sərhədçi-1” (Tural Həsənli, Cavid Süleymanov) qalib adını qazanıb. 

Onlar gərgin mübarizə şəraitində keçən matçlarda müvafiq olaraq, “Milla” və “Aztelekom-2”ni məğlub ediblər. Bürünc medallar isə “Lokomotiv-2” (Aytac Zeynalova, Anna Moruşko) və “Gürcüstan” (Teymur Çabukyani, David Liparteliyani) voleybolçularına qismət olub. 

Qadınlar

Bürünc medallar uğrunda

Azərreyl-1 – Lokomotiv-2 – 0:2

Final
Milla – Lokomotiv-1 – 0:2 

Kişilər
Bürünc medallar uğrunda

Gürcüstan – Ənvərinşaat – 2:0 

Final
Sərhədçi-1 – Aztelekom-2 – 2:0 

Qeyd edək ki, mükafatlandırma mərasimində çempionlara medalları və hədiyyələri Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Andre Meyer və I vitse-prezident Yan Xronik verib.
 

XƏBƏR LENTİ