Həftəsonunun Avropada 5 əsas oyunu.

Sayta qoyulub: 14:11 17.08.2013 (685 dəfə oxunub)

Monako- Monpelye (Bazar. 16-45)

Həftəsonunun Avropada 5 əsas oyunu.

Monpelyeni çempionatın startında böyük sınaqlar gözləyir.Komanda ilk turda PSG ilə qarşılaşdı.İndi isə digər bir varlı komanda Monako rəqibdir.Əlbəttə ki, klubun işinə oyunda bir neçə əsas müdafiəçinin olmaması çətinlik törədə bilər.Lakin Fernandesin yetirmələri rahatlıqla təslim olmayacaqlar.Həm də ki, 20 dəqiqə ərzində Kavani və İbrahimoviçin qarşısında azlıqda tab gətirmələri komandanı bir az da ruhlandırıb.Əlavə edək ki, yeni Monakonun doğma stadionda ilk oyunudur.Bəlkə də bu gün Avropa futbolunda yeni bir tarixin təməli qoyulur.

Zenit-Anji (şənbə.19-15)

Çempionatın startından əvvəl bu oyunu bəlkə də "qızıl oyun" adlandırırdılar.Hər iki komanda çempionluğa iddialı idi.Onlar Rusiyanın ən varlı klubları idilər.Amma cəmi 3 tur ərzində hər şey dəyişdi.Anji böyük ambisiyaları kənara qoydu və hazırda gələcək perespektivə işləyir.Ulduzlar yavaş-yavaş komandanı tərk edir.Qalanlar isə 1 həftədən sonra harada olacaqlarını bilmirlər.Bütün bunlar oyuna marağın azalmasına imkan verməyib.

Suonsi-Mançester Yunayted (şənbə.21-30)

İngiltərə premyer liqasına start verildi.Çempion öz titulunu qorumağa başlayır.Premyer liqanı Ferqyusonsuz təsəvvür etmək çətin olsa da bu artıq belədir.Əfsanı gedib və onun yerini Moyes tutub.Komanda startdan əvvəl keçirdiyi oyunlarda pis təsir bağışlamayıb.Ancaq sualların əksəriyyətinə bu günki oyun cavab verəcək.Rəqib də zəif deyil .Ötən il çoxlarına baş ağrısı olan Miçulu Suonsi.Bu mövsüm onun üçün hücumda mübarizə aparmaq çətin olmayacaq.Uels klubu rekord qiymətə Hollandiyada 36 oyuna 37 qol vuran Vilfrid Bonini transfer edib.

Həftəsonunun Avropada 5 əsas oyunu.

Real M-Betis (bazar.00-00)

İspaniya la liqasına start verilir.İlk turdan oyun seçmək asan məsələ deyil.Lakin bu oyun digərlərindən fərqlənir.Yenilənməkdə olan Real Madrid Santyaqo Bernabeuya çıxır.Rəqib isə ötən mövsümü yüksək səviyyədə keçirən və ölkədə böyük azarkeş kütləsinə malik Betisdir.Kral klubunun ilk oyunda start heyəti maraq doğurur.Lakin ötən ilki heyətdə ilk 11-likdə yer alan bəzi futbolçuların ehtiyatda əyləşəcəyi dəqiqdir.Ayın sonuna qədər onlar yəqin ki, bunu başa düşəcək və özlərinə yeni komanda axtarmağa başlayacaqlar.

Ayaks-Feyenoord (bazar. 15-30)

Der Klassiker uzun illərdir ki, Hollandiya futbolunun bəzəyidir.Burada intellegensiya ilə proletariatın mübarizəsi gedir.Ayaksın yaradıcı oyun üslubu ilə Feyenoordun zəhmətkeş ruhu.Bu oyuna düşmənçilik qatan səbəblərdən biri də , Ayaksın əfasanəsi Yohan Kruiffin karyerasının sonunda Amsterdam klubunun acığına Feyenoorda keçməsidir.Əbəs yerə deyil ki, son 5 ildə qonaq komandanın azarkeşlərinin stadionda yer almasına icazə verilmir.

Yuventus-Lasio (bazar.00-00)

İtaliyada futbol mövsümünə superkubok oyunu ilə start verilir.Ötən ilin triumfatoru Yuventus Romada Lasio ilə qarşılaşacaq.Görüşün paytaxtda keçirilməsi Lasioya bir qədər üstünlük verə bilər.Yuventusun heyətində yeni transferlərin debütü maraq doğurur.

Həftəsonunun Avropada 5 əsas oyunu.

XƏBƏR LENTİ