Toğrul Əsgərovla, Mahmud Maqomedov Sofiya turnirinə qələbə ilə başladı (online)

Sayta qoyulub: 14:23 20.04.2012 (238 dəfə oxunub)

Bu gündən Bolqarıstanın paytaxtı Sofiyada London Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turniri start götürür.

Sərbəst güləş yığmamız 3 çəki dərəcəsində lisenziya uğrunda yarışacaq. Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında yığmamız digər 4 çəkidə (Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq), Şərif Şərifov (84 kq) və Cəmaləddin Məhəmmədov (120 kq)) Olimpiadaya vəsiqəni artıq təmin edib. Mahmud Məhəmmədov (55 kq), Toğrul Əsgərov (60 kq) və Aslanbek Alborov (96 kq) ilk lisenziya turnirinə yollanıb.

Dünən keçirilən püşkatma mərasimindən sonra onların ilk rəqibləri artıq məlumdur:

55 kq – 1/8 final - Uladzislau ANDREYEU (BLR) - Makhmud MAGOMEDOV (AZE) 1-0, 2-0/ növbəti mərhələdə rəqibi Anton Dukov (Rumıniya)

60 kq – 1/8 final - Toghrul ASGAROV (AZE) - Alexandr KONTOYEV (BLR) 1-1, 4-0/Növbəti mərhələdə rəqibi Tim Şleyxer (Almaniya)

96 kq – 1/8 final - Aslanbek ALBOROV (AZE) - Georgi Atanasov SREDKOV (BUL) 0-1, 1-1

XƏBƏR LENTİ