ATP Monte-Karlo, Nadal 8-ci tituluna doğru

Sayta qoyulub: 09:26 22.04.2012 (339 dəfə oxunub)

Ardıcıl 7 il Monte-Karlo turnirində məğlubiyyət dadmayan Rafael Nadal (İSP), burada yenidən finala yüksəlib. Finalda o, dünya lideri Novak Cokoviç (SRB) ilə üzləşəcək.



Nadal yarımfinal mərhələsində Jıl Simondan (FRA) üstün ola bilib. Nadal Simonun inadını qıraraq, onu iki setin yekunda məğlub edə bilib.


1 saat 50 dəqiqə davam edib bu görüş və Nadal 6-3 6-4 hesabı ilə qalib gəlib. Maçda Nadal 3 eysə (2) və 2 ikili səhvə (2) yol verib. Simon maç boyu qazandığı 7 breyk pointdən heç birini reallaşdırmasa da, Nadal qazandığı 5 breyk pointdən 2-i reallaşdırmışdır. 121 xal oynanılmışdır bu görüşdə və Nadal bu xalların 67-i qazanmışdır.


Nadal finalda Novak Cokoviç (SRB) ilə üzləşəcək. Cokoviç yarımfinalda Tomaş Berdıxı (ÇEX) üstələyə bilib. Novak üç setin yekununda qalib gəlib. İlk setdə Berdıx üstün ola bilib.


Maç 2 saat 42 dəqiqə davam edib və Novak 4-6 6-3 6-2 hesabı ilə qalib gəlib. Cokoviç maç boyu 6 eysə (3) və 6 ikili səhvə (8) imza atıb. 2 dəfə servisində məğlub olan Cokoviç, 4 dəfə breyk edə bilib. 186 xal oynanılıb bu görüşdə və Cokoviç bu xalların 98-i aktivinə yaza bilib.


Qeyd edək ki, artıq Cokoviç və Nadal karyeraları boyu 30 dəfə görüşüblər və hələki Nadal şəxsi hesabda 16-14 kimi üstünlüyə malikdir.

XƏBƏR LENTİ