Avropa çempionatında 7 komanda növbəti mərhələdə

Sayta qoyulub: 09:13 08.09.2013 (390 dəfə oxunub)

Almaniya və İsveçrədə keçirilən qadın voleybolçular arasında Avropa çempionatında II turun oyunları keçirilib. Yarışın 2-ci turundan sonra 7 komanda növbəti mərhələyə yüksəlib.
Belə ki, 2-ci qələbəsini qazanan Almaniya, Türkiyə, Belçika, İtaliya, Rusiya, Serbiya və Polşa yığmaları ən azı pley-offa vəsiqəni təmin ediblər. digər 5 komandanın adına isə son tur aydınlıq gətirməlidir. Lakin bu 7 komanda da son turda 1-ci olmaq üçün çalışacaq ki, pley-offda deyil, birbaşa ¼ finalda oynasın.
16 komandanın iştirak etdiyi yarışın ilk 2 günündə uduzan Azərbaycan yığmasının da taleyinə bu gün baş tutacaq son tur aydınlıq gətirəcək. Elə 2 vəsiqənin sahibinin son turda müəyyənləşəcəyi yeganə qrup da yığmamızın çıxış etdiyi C qrupudur. Digər qruplarda artıq 2 xoşbəxt bəllidirsə, bizimkində yalnız Rusiya rahat nəfəs ala bilər.

A qrupu

Almaniya – Hollandiya - 3:2
İspaniya – Türkiyə - 0:3

1.Almaniya 2 2 0 5-2 5 
2. Türkiyə 2 2 0 5-2 5
3. Hollandiya 2 0 2 4-6 2
4. İspaniya 2 0 2 0-6 0

B qrupu

İtaliya – Fransa – 3:1
İsveçrə - Belçika – 0:3

1. Belçika 2 2 0 6-1 6
2. İtaliya 2 2 0 6-1 6
3. Fransa 2 0 2 2-6 0
4. İsveçrə 2 0 2 0-6 0

C qrupu

Xorvatiya - Rusiya – 1:3
Azərbaycan – Belarus – 1:3

1. Rusiya 2 2 0 6-2 6
2. Xorvatiya 2 1 1 4-3 3
3. Belarus 2 1 1 4-4 3
4. Azərbaycan 2 0 2 1-6 0 

D qrupu

Serbiya – Çexiya – 3:0
Bolqarıstan – Polşa – 1:3

1. Serbiya 2 1 1 5-3 4
2. Polşa 2 1 1 5-4 4
3. Bolqarıstan 2 1 1 4-5 2
4. Çexiya 2 1 1 3-5 2
 

XƏBƏR LENTİ