Azərbaycan Rusiyaya da uduzdu

Sayta qoyulub: 19:42 08.09.2013 (226 dəfə oxunub)

Almaniya və İsveçrədə təşkil olunan voleybol üzrə Avropa çempionatı davam edir. Qitə birinciliyində mübarizə aparan Azərbaycan millisi də bu gün növbəti matçına çıxır.
Faiq Qarayevin yetirmələri qrup mərhələsinin son turunda Rusiya ilə üz-üzə gələcək.
Xatırladaq ki, millimiz ilk görüşündə Xorvatiya ilə üz-üzə gəlmiş və 0:3 hesabıyla uduzmuşdu. Belarusla görüşdə isə 1:3 hesablı yenilgi ilə üzləşmişdik. Rusiyaya gəlincə, bu komanda əvvəlki oyunlarının hər ikisində 3:1 hesabıyla qalib gəlib.
Qrupun digər oyununda Belarus Xorvatiya ilə qarşılaşıb. Xorvatlar 3:0 hesabıyla qalib gəliblər.
 
Avropa çempionatı
Qrup mərhələsi
C qrupu
8 sentyabr
 
Azərbaycan – Rusiya - 0:3 (16:25, 20:25, 26:28)

XƏBƏR LENTİ