Nataliya Məmmədova: "Zəif oyununmuza izah tapa bilmirəm"

Sayta qoyulub: 09:27 09.09.2013 (200 dəfə oxunub)

Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədova Avropa çempionatında uğursuz çıxışa münasibət bildirib. Qrup mərhələsinin son turunda Rusiyaya 0:3 hesablı məğlubiyyətin ardından mətbuat konfransına qatılan kapitan mübarizədən kənar qalmalarının səbəblərini bilmədiyini deyib. 
Onun sözlərinə görə, komanda çox məyusdur: “Biz Avropa çempionatına çox yaxşı hazırlaşmışdıq. Lakin bunun bəhrəsini görə bilmədik. Nəticələrimiz üçün bizim özümüzdən daha çox məyus olan yoxdur. Bir sözlə, zəif oyunumuza heç bir izah tapa bilmirəm”. 
Qeyd edək ki, qrup mərhələsində hər 3 matçını uduzan yığmamız Avropa çempionatını 15-ci yerdə bitirib. 

XƏBƏR LENTİ