AVF Faiq Qarayevin yerinə "Azəryol"un məşqçisini təyin etmək istəyir

Sayta qoyulub: 10:32 09.09.2013 (246 dəfə oxunub)

Avropa çempionatındakı fiaskodan sonra qadınlardan ibarət milli komandamızın baş məşqçisi Faiq Qarayevin istefaya getməsi barədə məlumat vermişdik. 
Xorvatiyaya məğlubiyyətdən sonra səhhətində yaranmış problemi əsas gətirərək, komandanı köməkçisi Aleksandr Çervyakova həvalə edən 54 yaşlı mütəxəssis Belarus və Rusiyaya da uduzduqları üçün istefa qərarını verib. Onun millidə qalıb-qalmayacağı komanda Bakıya döndükdən sonra bilinəcək. Bu arada Qarayevin yerinə “Azəryol”un braziliyalı çalışdırıcısı Ancelo Vercesinin gətiriləcəyi istisna edilmir. 

XƏBƏR LENTİ