"Lokomotiv"dən növbəti transfer

Sayta qoyulub: 07:45 10.09.2013 (180 dəfə oxunub)

“Lokomotiv” növbəti transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” Dominikan Respublikasının voleybolçusu Prisilla Rivera ilə anlaşıblar. 29 yaşlı hücumçu ilə 1 illik müqavilə bağlanıb. O, “Lokomotiv”ə Puerto-Rikanın “Pinkin de Korozal” klubundan transfer olunub. 
Maraqlıdır ki, Rivera bu komandaya məhz Azərbaycandan yollanmışdı. Belə ki, 2011/2012 mövsümünün gedişində “İqtisadçı”ya keçən və burada cəmi 1 oyuna çıxan (həmin qarşılaşma da məhz “Lokomotiv”lə olub və universitet klubu 0:3 hesabı ilə uduzub) dominikalı baş məşqçi Bülənt Karslıoğlunun təkidi ilə klubdan kənarlaşdırılmışdı. 
Ancaq bu, heç də 186 sm boya malik oyunçunun zəif olması anlamına gəlməməlidir. Çünki yığması ilə müxtəlif yarışların qalibi olan Prisilla 3 qat İspaniya çempionu olmaqla yanaşı, 4 dəfə bu ölkənin kubokunu və 5 dəfə Superkubokunu başı üzərinə qaldırıb. Dəfələrlə iştirak etdiyi turnirlərin ən dəyərli voleybolçusu seçilən yeni transferin ən sevimli nömrəsi “14”dür. 
Qeyd edək ki, Riveranın gəlişi ilə “Lokomotiv”də oyunçuların sayı 12 olub. Bakı klubu ondan öncə Valdone Petrauskayte (Litva), Aleksis Krimes, Lauren Gibbemeyer, Uitni Dosti (hər üçü ABŞ), Sa-Ni Kimi (Cənubi Koreya), Gizem Giraygil (Türkiyə), Katarina Barun (Xorvatiya) və Suzana Sebiç (Serbiya) transfer edərək, ötən ilki heyətdən Mariya Filipova (Bolqarıstan), Vera Klimoviç (hər ikisi Belarus) və Aleksandra Samoylova (Rusiya) ilə müqavilənin müddətini artırıb. 

Apasport

XƏBƏR LENTİ