Meqan Hodj "Azəryol"da oynamaq istəmədi

Sayta qoyulub: 07:46 10.09.2013 (191 dəfə oxunub)

ABŞ milli komandasının voleybolçusu Meqan Hodj gələcək karyerası ilə bağlı qərarını verib. Apasport.az saytının məlumatına görə, ötən mövsümü “Azəryol”da (“Azərreyl”) keçirən 24 yaşlı hücumçu Azərbaycanda oynamaq istəməyib. 
Belə ki, yenidən Bakı təmsilçisinin xidmətində maraqlı olduğu Hodj Çinin “Quançjou Everqrand” klubu ilə razılığa gəlib. Super Liqanın gümüş mükafatçısı artıq asiyalılarla 1 illik müqaviləyə imza da atıb. 
Qeyd edək ki, “Azəryol” ondan öncə Debbi Stam, Karolina Vensink, Manon Flier (hər üçü Hollandiya), İndre Sorokayte (İtaliya/Litva), Riikka Lehtonen (Finlandiya), Milena Radeçka (Polşa) və Luna Karokki (İtaliya) ilə müqaviləni uzatmaqdan imtina etmişdi. 

Apasport

XƏBƏR LENTİ