DÇ-2013 üçüncü gün: güləşçilərimiz günü medalsız başa vurdu

Sayta qoyulub: 18:23 18.09.2013 (172 dəfə oxunub)

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə böyüklər arasında Dünya çempionatı davam edir. Çempionatın üçüncü günündə sərbəst güləş üzrə 74 kq və qadın güləşi üzrə 48 və 51 kq çəki dərəcəsində güləşçilər mübarizə aparıb. Güləşçilərimiz 2 çəki dərəcəsində ölkəmizi təmsil edib. 

74 kq
  çəkidə mübarizə aparan Cəbrayıl Həsənov ardıcıl olaraq iki görüşünü qələbə ilə başa vurub. 1/4 finalda Olimpiya çempionu Cordan Barrouz ilə gərgin keçən qarşılaşmanı məğlub olsa da, rəqibin finala yüksəlməsi güləşçimizə təsəlliverici görüşə qatılmaq şansı verib. Ancaq Cəbrayıl hindistanlı rəqibinə uduzaraq mübarizəni dayandırıb. 

1/16 final - A.Batçuluun (MGL) - Cəbrayıl HƏSƏNOV (0:7)
1/8 final - Cəbrayıl HƏSƏNOV - Luca Lampis (FRA) (10:2)
1/4 final - Cəbrayıl HƏSƏNOV - Jordan Burroughs (USA) (0:7)
Təsəlliverici görüş: Cəbrayıl HƏSƏNOV - N.Yadav (IND) (4:13)

Qadın güləşçilərin yarışında yığmamızı təmsil edən Anjela Doroqan (48 kq) ilk görüşündə məğlub olaraq mübarizəni erkən dayandırıb.

1/16 final - Yana Stadnik (GBR) - Anjela DOROQAN (6:2)

 


 






 

 

XƏBƏR LENTİ