Çimərlik voleybolu üzrə Azərbaycan kuboku başlayır

Sayta qoyulub: 20:22 20.09.2013 (229 dəfə oxunub)

Sabah çimərlik voleybolu üzrə Azərbaycan kubokuna start veriləcək. Qadınlar və kişilər arasında yarışlar Pirşağı qəsəbəsində yerləşən “Həyat” istirahət mərkəzində baş tutacaq. Ümumilikdə yarışda 23 komanda mübarizə aparacaq.
Qadınların mübarizəsində 11 komanda qüvvəsini sınayacaq. Bunlar “Azərreyl-1”, “Azərreyl-2”, “Azərreyl-3”, “Azərreyl-4”, “Azəryol-1”, “Azəryol-2”, “Azəryol-3”, “Azəryol-4”, “Nəqliyatçı-1”, “Nəqliyatçı-2” və “Sərhədçi”dir.
Kişilərin yarışında isə 12 komanda çıxış edəcək: “Azərreyl”, “Sərhədçi-1”, “Sərhədçi-2”, “Xəzər-1”, “Xəzər-2”, “Masallı”, “Azəryol”, “Dalğa”, “Aztelekom”, “Ənvər inşaat”, “Neftçi-1”, “Neftçi-2”.
Qeyd edək ki, sentyabrın 21-də start götürəcək yarış ertəsi gün yekunlaşacaq. 

XƏBƏR LENTİ