Həftəsonunun Avropada 5 əsas oyunu.

Sayta qoyulub: 21:03 20.09.2013 (665 dəfə oxunub)

Həftəsonunun Avropada 5 əsas oyunu.

 

Bu həftəsonu futbol azarkeşləri darıxmayacaqlar. 5 əsas oyuna bu dəfə seçim etmək çətindir.Çünki çoxlu sayda maraqlı derbilər var.İlk olaraq İngiltərəyə yollanaq. Burada Mançester derbisi keçiriləcək. Oyun Sitinin stadionunda baş tutacaq.Hər iki komanda mövsümə yeni baş məşqçi ilə başlayıb. Pelleqrini ilə müqayisədə Devid Moyesə təzyiq böyükdür. Aleks Ferqyusonu əvəz etmək , Ueyn Runi ilə intriqa və digər məqamlar Moyesin vəziyyətini çətinləşdirir.Lakin o yavaş-yavaş bu təzyiqlərə sinə gərməyə başlayıb , həm də Runi ilə barışıb.

Bazar 20-00 Mançester Siti-Mançester Yunayted

Həftəsonunun Avropada 5 əsas oyunu.

Həftənin digər derbisi Romada olacaq. İtaliya paytaxtının iki komandası amansız qarşılaşmada üz-üzə gələcəklər.Qanlı derbiyə Romanın kapitanı Françesko Totti yeni müqavilə ilə çıxır.Meydan sahibləri Napoli ilə birlikdə maksimal xalla liderdilər.Lasio isə 2 qələbə ilə liderlərin yaxınlığındadır.

Bazar 18-00 Roma-Lasio

Həftəsonunun Avropada 5 əsas oyunu.

Daha bir derbi Türkiyədə.Real tərəfindən darmadağın edilən Qalatasaray Beşiktaş önünə çıxır.Bu təkcə əzəli derbiliyi ilə seçilmir. Burada intriqa məşqçilərdir. Fatih Terim Slaven Biliçə qarşı.Bütün azarkeşlər yəqin ki, 2008-ci il Avropa çempionatını yaxşı xatırlayır.


Bazar 21-00 Beşiktaş-Qalatasaray

Həftəsonunun Avropada 5 əsas oyunu.

Həftənin 4-cü derbisi Rusiyada olacaq. Moskvada son çempion SSKA Spartakın qonağı olacaq.Komandalar 28 minlik Çerkizovo arenasında üz-üzə gələcəklər.Hazırda lider olan SSKA rəqibindən 3 xal öndədir. Bu oyunda məğlubiyyət Spartakın baş məşqçisi və bütün rəhbəlik üçün sonuncu oyuna çevrilə bilər.

Bazar 14-30 Spartak-SSKA

Həftəsonunun Avropada 5 əsas oyunu.

Derbilərdən yaxa qurtarıb daha 3 oyuna diqqət çəkmək istərdik.Bunlardan biri İtaliyada olacaq.Milan mövsümə ildırım sürətilə başlayan Napolini qonaq edir. Komandalar çempionlar liqasına uğurlu start verməklə əhvallarını yüksəldiblər.İndi isə onları daxili çempionatda iddialarını ortaya qoymaq gözləyir.

Bazar 23-45 Milan-Napoli


Növbəti oyun Fransada baş tutur.Bu qarşılaşmanı biz pul derbisi adlandıra bilərik. Ərəb pulu ilə rus pulunun mübarizəsi gedəcək.Son çempion PSG onlara ölkə daxilində rəqib olmaq istəyən Monakonu sınağa çəkir. Bu oyunda biz 2 bahalı hücumçunun Kavani ilə Falkaonun qarşıdurmasını da izləyəcəyik.

Bazar 00-00 PSG-Monako

Həftəsonunun Avropada 5 əsas oyunu.

Nəhayət daha bir oyunu siyahıya salmaq lazımdır. Başqa bir həftədə bu oyun bəlkə də ən yaxşılardan biri olardı.Lakin hazırda PSV-Ayaks oyunu kölgədə qalır.Komandalar avrokuboklarda sarsıdıcı məğlubiyyətlərlə qarşılaşıblar.

Bazar 15-30 PSV-Ayaks


XƏBƏR LENTİ