Boksçumuz Bolqarıstanda yarımfinala çıxdı

Sayta qoyulub: 11:05 25.09.2013 (131 dəfə oxunub)


Bolqarıstanın Albena şəhərində boks üzrə gənc və yeniyetmə qızlar arasında dünya birinciliyi keçirilir. Yarışda Azərbaycan milli komandasının üzvlərindən Anaxanım Ağayeva (51 kq) gənclərin, Məryəm Cəbrayılova (64 kq) və Alina Hacıyeva (+80 kq) isə yeniyetmələrin turnirində mübarizə aparırlar.
Öncə boksçularımızdan Ağayeva rinqə çıxıb. Ancaq onun dünya birinciliyindəki debütü uğursuz alınıb. Boksçumuz ingiltərəli Luiza Barkerə uduzub – 0:3 (37:39, 35:40, 37:39).
Hacıyeva ilk döyüşünü qələbə ilə başa vurub. Millimizin üzvü Bolqarıstan nümayəndəsi Nikoleta Yordanovanı məğlub edərək, yarımfinala vəsiqə qazanıb. Bununla da boksçumuz ən azı bürünc medalı özünə təmin edib.
Məryəm Cəbrayılova isə ilk döyüşdə qazaxıstanlı Mədinə Nurşayeva ilə qarşılaşacaq.
Qeyd edək ki, dünya birinciliyinə sentyabrın 28-də yekun vurulacaq. 

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

XƏBƏR LENTİ