Lokomotiv İtaliyaya gedir

Sayta qoyulub: 11:16 25.09.2013 (200 dəfə oxunub)

Azərbaycanı CEV kubokunda təmsil edəcək “Lokomotiv” İtaliyaya yollanacaq. Təlim-məşq toplanışına Türkiyədə start verib, Bakıda davam etdirən “dəmiryolçular” burada 3 yoxlama matçı da keçirəcəklər.
Belə ki, sentyabrın 29-da Apennin yarımadasına gedəcək “Lokomotiv”in artıq 2 rəqibi bilinib. Bunlar son İtaliya çempionu “Pyaçentsa” və A seriyasına yeni yüksələn “Kasalmaqqiore”dir. Digər rəqibin adına və oyunların tarixinə bu həftə aydınlıq gələcək. 
Qeyd edək ki, komandamız vətənə oktyabrın 6-da qayıdacaq. 

XƏBƏR LENTİ