Azərbaycanın AÇ-də bütün rəqibləri və səbəti müəyyənləşdi

Sayta qoyulub: 08:58 26.09.2013 (216 dəfə oxunub)

2014-cü ildə Belçikada keçiriləcək futzal üzrə Avropa Çempionatının bütün iştirakçıları müəyyənləşib. Sözügedən qitə birinciliyində 12 ən güclü yığma komanda mübarizə aparacaq.
 
Onlardan biri də Azərbaycan millisidi. Belçika millisi meydan sahibi kimi avtomatik olaraq AÇ-2014-də iştirak hüququna malikdi. Digər iştirakçılar isə İspaniya, İtaliya, Rusiya, Portuqaliya, Ukrayna, Çexiya, Xorvatiya, Rumıniya, Sloveniya və Hollandiya olacaq.
 
Artıq bu yığmaların AÇ-nin püşkatması zamanı hansı səbətdə yer alacağı da bəllidi. Millimiz ikinci səbətdə qərarlaşıb:
 
1-ci səbət: Belçika,, İspaniya, İtaliya, Rusiya
2-ci səbət: Portuqaliya, Ukrayna, Çexiya, Azərbaycan
3-cü səbət: Xorvatiya, Rumıniya, Sloveniya, Hollandiya.
 
Maraq üçün bildirək ki, AÇ-2014-ün final mərhələsinin püşkü oktyabrın 4-də atılacaq. Avropa Çempionatının özü isə 2014-cü il yanvarın 28-də start götürəcək.
 
 
Azərbaycanın AÇ-də bütün rəqibləri və səbəti müəyyənləşdi
 
 
 
 
 
 
 
 
 
 
 
Azerisport.az
  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ