Sərbəst güləşçilər Dmitri Korkinin xatirə turnirinə yollanır

Sayta qoyulub: 11:48 30.09.2013 (167 dəfə oxunub)

Oktyabrın 5-6-da Saxa Respublikasının Yakutsk şəhərində keçmiş SSRİ, Rusiya Federasiyası və Saxa Respublikasının əməkdar məşqçisi Dmitri Korkinin xatirəsinə həsr olunmuş 6-cı beynəlxalq turnir keçiriləcək. Sərbəst güləş üzrə keçiriləcək yarışda yığma komandamızın 3 üzvü iştirak edəcək. 

Məşqçi Nazim Əlicanovun rəhbərliyi altında turnirə Namiq Sevdimzadə (55 kq), Qalib Əliyev (60 kq) və İbrahim Usubov (84 kq) yollanacaq. 

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Rövşən Azadov təmsil edəcək. 

Turnirin proqramına əsasən oktyabrın 5-də 55, 66, 84 və 120 kq, oktyabrın 6-da isə 60, 74 və 96 kq çəkidə pəhləvanlar qüvvələrini sınayacaq.
 
Sərbəst güləşçilər Dmitri Korkinin xatirə turnirinə yollanır

XƏBƏR LENTİ