"Azərreyl" 6 voleybolçu ilə müqavilə bağladı

Sayta qoyulub: 17:40 01.10.2013 (224 dəfə oxunub)

“Azərreyl” mövsüm öncəsi heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” CEV kuboku öncəsi 6 voleybolçu ilə müqaviləni rəsmiləşdiriblər. 

Belə ki, Azərbaycan millisinin 6 gənc oyunçusu - Şəfaqət Həbibova, Aynur Kərimova, Oksana Kisilyova, Aleksandra Prupas, Ceyran Əliyeva və Ülkər Kərimova yeni mövsümdə Aleksandr Çervyakovun çalışdıracağı Bakı təmsilçisinin formasını geyinəcəklər. 

Qeyd edək ki, ötən il “Bakı-Azəryol” adı ilə Super Liqada oynayan komanda daha öncə Ayşən Abduləzimova, Yekaterina Jidkova (hər ikisi Azərbaycan), Dusanka Kariç (Serbiya), Cennifer Dorisi transfer edib, Qvendolin Rukerlə (hər ikisi ABŞ) müqaviləni artırıb.
 

XƏBƏR LENTİ