"Azərreyl" "Bursaspor"u məğlub etdi

Sayta qoyulub: 09:49 02.10.2013 (161 dəfə oxunub)

Türkiyədə təlim-məşq toplanışında olan “Azərreyl” növbəti yoxlama matçına çıxıb. Aleksandr Çervyakovun yetirmələri “Bursaspor”la qarşılaşıblar.
Cengiz Göllü Voleybol Salonunda baş tutan matç Bakı təmsilçisinin çətin qələbəsi ilə başa çatıb. Belə ki, ilk 2 setdə “Azərreyl” güclü olsa da, ardınca rəqib hesabda tarazlıq yaradıb. Həlledici setdə isə təmsilçimiz üstün olub – 3:2 (25:19, 25:18, 21:25, 21:25, 15:13). 

Qeyd edək ki, CEV kubokunda oynayacaq komandamız “Bursaspor”la daha bir yoldaşlıq görüşü keçirəcək.
 


XƏBƏR LENTİ