Maşado Nilson: Araz qrupda birinci olmalıdı

Sayta qoyulub: 08:22 03.10.2013 (144 dəfə oxunub)

Futzal üzrə Azərbaycan yığmasının üzvü Maşado Nilsonun müsahibəsi
 
- UEFA Kubokuna Yunanıstan “Afina”sı üzərindəki qələbə ilə başladınız. Bu barədə nə deyə bilərsiz?
- Bu, ilk oyunumuz olduğunundan qələbə qazanmaq bizim üçün çox vacib idi. Yunanlara qarşı yaxşı oyun sərgilədik və asan qələbə qazandıq. O qədər də güclü rəqib deyildi. Biz isə güclü olduğumuzu hər oyunda göstərməliyik. Yeganə çətinliyimiz Buxarestdə üzləşdiyimiz soyuq havadı. Bakıda daha istidi. Bu üzdən uyğunlaşmaqla bağlı problemimiz var. İkinci hissədə komandada yorğunluq hiss olunurdu.
 
- İlk oyunun nəticəsinə əsasən Azərbaycan çempionunun bu mərhələni asanlıqla keçəcəyini demək olar?
- Hər şeyin o qədər asan olacağını düşünmürəm. Burda ciddi komandalar da var. Biz hələ heç nəyə nail olmamışıq.
 
- Qarşıda Belçika “Şatelino”su ilə oyun var...
- Dediyim kimi, asan oyun olmayacaq. Amma buna baxmayaraq, qələbə qazanmağa borcluyuq. Qrupda birinci yeri tutmaq istəyiriksə, başqa çıxış yolumuz yoxdu. Düzdü, ikinci yerlə də növbəti mərhələyə adlaya bilərik. Lakin “Araz” birinci olmalıdı.
 
- Futzal Federasiyasının rəhbərliyi elit raundun oyunlarını Bakıda təşkil etmək istəyir...
- Bu, çox əla olardı. Sonuncu dəfə Bakı bu turnirə 2010-cu ildə ev sahibliyi edib. Əminəm ki, meydan sahibi olsaq, daha yaxşı çıxış edib, nəticə qazana bilərik. Bəzi azərbaycanlı futzalçılar var ki, indiyə qədər UEFA Kubokunda oynamayıb. Amma bu turnirdə çıxış etməyi çox istəyirlər. Elit raundun Bakıda keçirilməsi onlar üçün də bir stimul olardı.
 
- Bu mövsüm dördlər finalına çıxacağınıza ümid bəsləyə bilərik?
- Bu uğura bircə dəfə, üç il öncə nail olmuşuq. Artıq yenidən eyni nailiyyəti təkrarlamağın vaxtı çatıb. Yaxşı heyətimiz var. Komandaya yaxşı futzalçılar cəlb olunub. Hamımız bu barədə düşünürük.

- Rizvan Fərzəliyevlə Rəcəb Fərəczadənin yoxluğu hiss olunmur?
- Onlar yaxşı oyunçulardı. Amma futbolda belə dəyişikliklər də olur. Ümid edirəm ki, yeni gələnlər onları layiqincə əvəzləyə biləcəklər.
 
- Bu iki oyunçunun rəhbərliyin qəzəbinə tuş gəlməsinə nə səbəb olmuşdu ki?
- Onlar klubdan ayrılanda mən Braziliyada idim. Mənim üçün də bu, sürpriz oldu. Qayıtdıqdan sonra isə mənə heç kim bir söz demədi.
 
Maşado Nilson: Araz qrupda birinci olmalıdı
 
 
 
 
 
 
 
azerisport.az
  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ