Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Azərbaycan akrobatları ABŞ-da keçirilən yarışda altıncı yeri tutmuşlar

Sayta qoyulub: 14:13 24.04.2012 (559 dəfə oxunub)

Bakı, 24 aprel (AzərTAc). ABŞ-ın Leyk Buena Vista şəhərində müxtəlif yaş qruplarına aid akrobatların ümumdünya yarışlarında Azərbaycanlı akrobatlar cütlüyü – Murad Məmmədov və Murad Kərimov qoşa yarışlarda altıncı yeri tutmuşlar.
AzərTAc Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, bizim oğlanlar balans hərəkətlərini (25,85 bal) və sürətli hərəkətləri (26,2 bal) yerinə yetirdikdən sonra yeddinci yerə çıxmış və özlərinin qarışıq kombinasiyasını beynəlxalq hakimlər və tamaşaçılar qarşısında nümayiş etdirmək hüququ qazanmışlar.
Finalda 26,4 bal toplamış akrobatlarımız Polşa və İspaniyadan olan rəqiblərini geridə qoyaraq, seçmə yarışlarla müqayisədə bir pillə yuxarı qalxmışlar. Bu yarışlarda rusiyalı akrobatlar çempion olmuşlar.
Gənclər arasında Dünya çempionatı da adlanan bu yarışlarda ölkəmizi təmsil edən Aynur Hüseynova - Nərmin Ramazanova cütlüyü çoxnövçülükdə 17 duet arasında 11-ci yeri tutmuşdur.
Amerikada Gənclərin yarışları ilə paralel olaraq keçirilmiş yaşlılar üçün mundialda Afaq Məhərrəmli – Pərizad Quliyeva cütlüyü çoxnövçülükdə 79,201 bal toplayaraq 7-ci yeri tutmuşdur.
Akrobatika üzrə daha bir turnir Volqoqradda başa çatmışdır. Burada Seymur Cəfərov – Murad Əkbərov cütlüyü yarışların qalibi olmuş, Lalə Hüseynova – Xoşqədəm Quliyeva dueti isə beşinci yeri tutmuşdur.

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat