Voleybol üzrə Azərbaycan çempionatında yenə reqlament dəyişdi

Sayta qoyulub: 12:11 07.10.2013 (106 dəfə oxunub)

Qadın voleybolçular arasında Azərbaycan Superliqası cari mövsümdən yenidən pley-off sisteminə keçib. Yarışda komandaların sayı azaldığından, əvvəlki kimi ilkin mərhələdə 4 dövrəlik sistem qalacaq. 

Amma qalib 4 ən güclü klubun 2-ci raundda yeni mübarizəsindən sonra müəyyənləşəcək.

Ölkə çempionatı oktyabrın 17-də start götürəcək. Bu rəqabətdə “Rabitə”,  “Azəryol”, “İqtisadçı”, “Azərreyl”, “Lokomotiv” və “Telekom” iştirak edəcəklər.

 Qazanılan xallar olduğu kimi qalacaq: 3:0 və 3:1 hesabı ilə bitən oyunda 3, minimalda (3:2) 2 xal qeydə alınacaq. Uduzan kollektiv bu matçda aktivinə 1 xal yazdıracaq.  

XƏBƏR LENTİ