2 boksçumuz dünya reytinqində birincidir

Sayta qoyulub: 17:48 07.10.2013 (189 dəfə oxunub)

Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) dünyanın ən güclü rinq ustalarının yeni siyahısını elan edib. Sıralamada milli komandamızın 2 aparıcı üzvü - Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidovun (+91 kq) da adı var. Onlar öz çəki dərəcələrində hamıdan öndədilər.

Təmsilçilərimizin iyunda Minskdə keçirilmiş Avropa çempionatında uğurlu çıxışları, onların xeyli vaxtdır reytinqdə yüksəkdə qərarlaşmalarına şərait yaradıb.

Təəssüf ki, digər boksçularımızdan ilk üçlüyə heç kim daxil olmayıb. Qəribədir ki, aparıcı boks ölkələrindən sayıdan Rusiyanın siyahıda 1-ci yerdə yalnız bir idmançı var. Eyni vəziyyət Kubada da mövcuddur. Ukrayna yığma komandasının bizim kimi, 2 çəkidə (69 kq və 65 kq) favoritdi.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

XƏBƏR LENTİ