Bakıda voleybol üzrə beynəlxalq turnir başlayır

Sayta qoyulub: 08:58 08.10.2013 (158 dəfə oxunub)

Bakıda keçiriləcək qadın voleybolçular arasında beynəlxalq turnirin iştirakçıları məlum olub. Apasport.az saytının məlumatına görə, oktyabrın 11-12-də olacaq yarışda 3 Azərbaycan və 1 Türkiyə klubu gücünü yoxlayacaq. 
Belə ki, ölkə çempionu “Rabitə”, Super Liqanın gümüş medalçısı “Azəryol”, autsayderlərindən olan “Azərreyl” və “Bursaspor” mövsüm öncəsi hazırlıqlarını yoxlayacaqlar. 
Qonaq komanda Bakıya sabah gəlib, oktyabrın 13-də geri dönəcək. 
Qeyd edək ki, əzəli rəqiblər “Rabitə” və “Azəryol” bu gün daha bir yoxlama matçı keçirəcək. 

XƏBƏR LENTİ