Voleybol millimiz reytinqdə gerilədi

Sayta qoyulub: 16:44 08.10.2013 (150 dəfə oxunub)

Beynəlxalq Voleybol Federasiyası (FİVB) qadın və kişi milli komandalarının reytinq cədvəlini tərtib edib. Qitə çempionatlarının yekunlarına əsasən açıqlanan siyahıda Azərbaycan yığması yenə geriləyib. 
Komandamız Avropa birinciliyində uğursuz çıxışdan sonra daha 1 pillə aşağı düşüb. Belə ki, millimiz bu dəfə 37-ci yerdə qərarlaşıb. Onun hesabında 17 xalı var. 
Siyahının ilk “üçlüyü” dəyişməz qalıb. Yenə Braziliya (320) birinci, ABŞ (305) ikinci və Yaponiya (291) üçüncüdür. 
Kişilərdən ibarət millimiz isə 4 pillə geriləyib. Onlar 96-112-ci yerlərə şərikdir. Burada da braziliyalılar (345) birincidir. Onları Rusiya (342) və İtaliya (286) izləyir. 
Qeyd edək ki, Faiq Qarayevin yetirmələri bundan öncəki siyahıda da 1 pillə aşağı düşmüşdülər. 


XƏBƏR LENTİ