"Azəryol" "Rabitə" ilə yoxlama oyunu keçirdi

Sayta qoyulub: 10:00 09.10.2013 (169 dəfə oxunub)

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Azəryol” və “Rabitə” yoxlama matçında güclərini sınayıblar. Mövsümün ilk derbisi heç-heçə ilə başa çatıb. 
Belə ki, birinci setdə “Azəryol” 25:20 hesabı ilə qalib gəlsə də, ardınca “Rabitə” matçda status-kvonu bərpa edib – 25:11. Bundan sonrakı 2 hissə də eyni ardıcıllıqla davam edib – 25:12, 19:25.
Beləliklə, matç 2:2 hesabı ilə yekunlaşıb. 
Qeyd edək ki, Super Liqanın qızıl və gümüş mükafatçıları həftəsonu beynəlxalq turnirdə bir daha üz-üzə gələcəklər. 

XƏBƏR LENTİ