Şəhriyar bu dəfə məğlub oldu

Sayta qoyulub: 08:04 10.10.2013 (158 dəfə oxunub)

İspaniyanın Bilbao şəhərində “Böyük dəbilqə” beynəlxalq şahmat turniri davam edir.  3-cü turda həmyerlimiz Şəhriyar Məmmədyarov (2759) qara fiqurlarla fransalı Maksim Vaşye-Laqravla (2742) qarşılaşıb. 

 

Mittelşpildən sonra təşəbbüsü ələ alan rəqib, 40-cı gedişdə qrossmeysterimizi təslim olmağa məcbur edib -1:0.

 

Digər partiyada ingiltərəli Maykl Adams (2753) ermənistanlı həmkarı Levon Aronyanla (2795) xalı yarıya bölüb.

 

 

 

 

Azerisport.az

 

3 görüşdən sonra Şəhriyarın hesabında 1 xal var. Yarış cədvəlinə 2 xalla Adams başçılıq edir.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ