Cüdoçuların yeni reytinq cədvəli açıqlanıb

Sayta qoyulub: 09:09 10.10.2013 (178 dəfə oxunub)

Beynəlxalq Cüdo Federasiyası (IJF) yeni reytinq cədvəlini dərc edib. IJF-in sıralamasında milli komandamızın aparıcı üzvləri müxtəlif mövqelərdə qərarlaşıblar. 

 Siyahıda 7 tatami ustamızın vəziyyəti çox yaxşıdı. Ötən ay Braziliyanın Rio de Janeyro şəhərində keçirlmiş dünya çempionatında Azərbaycanın ilk qızıl medalını qazanmış Elxan Məmmədov, 100 kq-da çıxış edən cüdoçuların arasında birincidi. Onun 2376 xalı var.

 Bu çəkidə mübarizə aparan Elmar Qasımov isə 7-cidi (988). Şahin Qəhrəmanov (90 kq) da komanda yoldaşı ilə eyni yerdədi. Adı son çəkilən idmançının xalı nisbətən azdı – 810.

 Həmin mötəbər yarışda bürünc mükafata sahib çıxmış Orxan Səfərov (60 kq) sürətlə irəliyərək, 22-ci pilləyə yüksəlib. Gənc cüdoçunu hesabına 481 xal yığıb. Eyni çəkidə güləşən İlqar Müşkiyev 15-cidi (638).

Digər təmsilçilərimizə gəlincə, 66 kq-da Nicat Şıxəlizadə 11-ci (948), 73 kq-da Rüstəm Orucov 13-cü (796), 81 kq-da  Tural Savquliyev 27-ci (446), Elnur Məmmədli 52-ci (242) və +100 kq-da Vaxtangi Bitiyev 70-ci (108) mövqelərdə qərarlaşıblar.

Qadın cüdoçuların reytinqində ən yaxşı göstərici Kifayət Qasımovadadı (57 kq). O, 580 xalla 16-cıdı. 52 kq-da Turanə Seyidi 54-cü (170), 63 kq-da Ramilə Yusubova 54-cüdü (172).

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ